thumb|450px|Norveç və onun dənizaşırı ərazisi thumb|450px|Norveçin Dənizaşırı Əraziləri Norveçin dənizaşırı əraziləri — ölkənin beş ərazi mülkiyyəti mövcuddur ki, onunda üçü asılı ərazi (), ikisi isə inteqrasiya olunmuş ərazidir ()Osmanczyk, E.; Mango, A. Encyclopedia of the United Nations and International Agreements // Vol. 1, A—F. 3rd edition. — Routledge, 2003. — P. 762 — ISBN 0415939216.

Norveçin asılı əraziləri hüquqi mənada bu ölkənin Cənub yarımkürəsində yerləşən mülklər nəzərdə tutulur. Bu asılı ərazilər Atlantik okeanın cənubunda yerləşən vulkanik məşhəlli olan Buve adası (49 km²) və Cənub okeanının suları ilə yuyulan Kraliça Mod Torpağıında yerləşən 20° q. u. və 44°38’ q. u arasında yerləşən materik ərazisi, Bellinshauzen dənizi suları ilə yuyulan vulkan məşhəlli I Pyotr adasından ibarətdir.

Norveçin dənizaşırı ərazilərinə daxil olan inteqrasiya olunmuş mülklər Şimal yarımkürəsində olanlardır. Bu Norveç dənizində yerləşən vulkanik məşhəlli Yan Mayen adasından (377 km²) və Şimal Buzlu okeanda yerləşən Şpisbergen arxipelaqından (Ayı adasıda daxildir) ibarətdir. __TOC__

İdarə Norveçin sahib olduğu heç bir dənizaşırı ərazilər ölkənin inzibati bölgüsünə daxil deyildir. Belə ki, onlar nə vilayət nədə kammuna statusu almamışdır. Asılı ərazilər Norveç krallığının tərkib hissəsi olmasa da, onun ərazi bütövlüyünü təşkil edir. Bu o anlam daşıyır ki, həmin ərazilər Norveç Konstitutsiyasının birinci maddəsini pozmadan güzəştə gedilə bilər. İnzibati cəhətdən Osloda yerləşən Norveçin Daxili İşlər Nazirliyinin qütb işləri üzrə departamenti tərəfindən idarə edilir. Onlara mülki və məhkəmə qanuvericiliyi, ekoloji normalar tətbiq edilir. Burada atom yanacağının saxlanması və digər istifadəsi qadağandır . 250px|thumb|left|Berenberq vulkanı. Yan Mayen adası. I Pyotr adası və Kraliça Mod Torpağı 60 °C. e. aşağıda yerləşdiyindən ona olan iddialar dondurulmuşdur. Bu konvensiyaya həmcinində Norveç imza atmışdır. Ancaq subantarktika qurşaqda yerləşən Buve adası isə Antarktika haqqında konvensiyanın həzərdə tutduğu ərazidən kənarda yerləşir.

Beynəlxalq standlaşdırmsya görə inteqrasiya olunmuş ərazilər "Şpisbergen və Yan-Mayen" adı altında birləşdirilmişdir. Beynəlxalq standartlaşdırma və BMT Statistika bölməsi ərazinin milli internet domeni olaraq .sj qəbul etmişdir. Ancaq inzibati cəhətdən bu ərazilər bir-biri ilə əlaqəli deyildir. Yan-Mayen Nurlann quberniyasına tabedir. Şpisbergenin statusu isə () xüsusi siyasi statusa malikdir. Şpisbergenin statusu ölkə daxilində 1925-ci ildə təsdiqlənmiş "Şpisbergenin sratusu haqqında qanunla", beynəlxalq səviyyədə isə Şpisbergen traktatı (1920) ilə müəyyənləşdirilmişdir.

Bu beynəlxalq müqaviləyə görə arxipelaq Norveçin ərazi bütövlüyünü təşkil etsədə silahsızlaşdırılmış zonadır. Üstəlik bu ərazilərin təbii ehtiyyalarından tərəflər bərabər ssəviyyədə istifadə edə bilərlər. Mövcud maddə həmcinim məhəlli sularınada şamil edilirŞpisbergen traktatının tam mətni lovdata.no saytında. Hazırda bu hüquqlardan Norveç və Rusiya yararlanırŞpisbergen a. Tarix. — Rusiyanın Osloda yerləşən səfirliyinin rəsmi saytı. (1995-ci il məlumatına görə rusların sayı norveçlilərin sayını keçmişdir). Yan-Mayendən fərqli olaraq Şengen zonasına, Avropa İqtisadi zonasına daxil deyildir.

Asılı ərazilər Bayraq Ərazinin adı Regionİl əldə edilmə e-domen Paytaxt Əhali, nəf. Sahə, km² Asılı ərazilər 25x15px Kraliça Mod Torpağı¹ Atlantika 1939¹ .aq, .no (Troll) 40 2700000 25x15px Buve adası Atlantik okean 1928 .bv 0 49 25x15px I Pyotr adası¹ Sakit okean 1931¹ .aq 0 Şpisbergen və Yan-Mayen 25x15px Şpisbergen² Arktika 1920² .sj, .no Lonqyirbyuen 2698 61022 25x15px Yan Mayen Atlantika 1929 .sj ¹ Antarktida haqqında konvensiyaya əsasən beynəlxalq təşkilatlar tərəfindən tanınmır. ² Şpisbergen traktatına əsasən müəyyənləşir.

Əldə edilmə tarixi XX əsrin əvvəllərində Norveçdə milli özünü dərkin ən üst səviyyəsi müşahidə edilirdi. 1905-ci ildə Norveç tarixində ilk dəfə olaraq 1905-ci ildə referendum həyata keçirilir. Bununlada Norveç İsveçdən ayrılaraq müstəqil krallığa çerilir. Danimarka şahzadəsi Karl, VII Haakon adını qəbul edərək Norveç taxtına oturur. Gənc xalq dövlət rəmzləri və siyasət ilə əlaqədar adımlara ehtiyac duyurdu.Ристе, У. История внешней политики Норвегии. — М.: Изд. "Весь мир", 2003. — ISBN 5-7777-0280-5.. Bu adımmlardan biri norveç ekspasionizmi olmuşdur. Ancaq dövlət müstəqilliyinin əldə edilməsinə qədər bütün düyna demək olar ki bölünmüşdür. 200px|thumb|left|Norveç xəritəsi

Asılı ərazilər Buve adası dünyanın quru sahələrindən ən uzaqda yerləşən quru parçasından biridir (Pasxa adası və Tristan-da-Kunya adaları). Yan almaq üçün lverişli sahəyə malik olmaması səbəbindən indiyənə kimi heç kəs onun ərazisində qışlamamışdır. İlk uzun müddətli dayanacaq kimi istifadə edilməsi isə kəşf edilməyindən 100 il sonraya 1927-ci ilə təsadüf edir. Bu zaman "Norveç" gəmisinin kapitanı Lars Kristensen adaya yan alaraq orada bir ay qalır və adanı Norveçin mülkiyyəti elan edir.

VII Hakonun qərarı ilə 1928-ci idə Buve Norveçin ərazisi elan edilir. 1929–1930-cu illərdə Böyük Britaniya Buve adasına olan iddiasından imtina edir. 1930-cu ildə I Pyotr, Buve adaları və Antarktida sahillərində yerləşən ərazilərin Norveçin asılı əraziləri elan edilirА. Fenenko Beynəlxalq mühit ümumi hühitin formalaşmasında . — Prespektivlır..

1938-ci ildə Norveç Kraliça Mod Torpağı üzərində mülkiyyət hüququnu irəli sürür. Bu 14 yanvar 1939-cu ildə fərmanla təstiqlənir. Yaradılan "Buve adası sektoru" 20° q. u. və 44°38’ ş. u. arasında yerləşirdi. Bu fərmanda deyilirdi: Materikin sahil bölgəsi, Folklend adaları ərazisindən başlayaraq Avstraliyanın Antarktika ərazisinə qədər uzanır. Üstəlik sahil zonazinda yerləşən dəniz suları Norveçin ərazisinə daxil edilir. Maraqlı cəhət ondadır ki, norveçin antarktika ərazilərinin cənub və şimal sərhədi müəyyənləşdirilməmiş olaraq qalır. Bu səbəbədən coğrafi xəritələrdə bu hissələr dalğavarı olaraq göstərilir.

İnteqrasiya olunmuş ərazilər Norveç yazılarında Şpisbergenin adı 1194-ci ildə çəkilir. Ancaq norveçlərin orada görünməsi XVIII əsrə təsadüf edir. Balina ovu və dəri istehsalının zəyifləməsi ilə əlaqədar tamamən tərk edilir. Dünya güçlərinin adalara marağı XIX əsrdən başlayır. Bu isə qütb turizmi, qütb aviasiyası və kömür sənayesindən irəli gəlirdi. Kömür hasilatı ilə əlaqədar burada yeni yaşayış məntəqələri qurulur. 1920-ci ildə ərazi Norveçin ərazi bütövlüyü elan edilir. 1925-ci ildə Şpisbergen rəsmən Norveç krallığının ərazisi hesab edilir.

Norveçdən 1000 km qərbdə yerləşən tənha ada XX əsrdən norveçlilərin ov məskəni rolunu oynayır. Ərazinin Norveçin hüquqi nəzarətinə verilməsi isə Millətlər Liqasının qərarı ilə həyata keçirilir. 1921-ci ildə adada ilk meteoloji stansiya açılır. 1922-cibildə isə adanı tam nəzarətinə alır. 1930-cu ildı rəsmi olaraq ada Norveç Krallığının ərazisi elan edilirRigge, S. War in the Outposts. — Alexandria, Virginia: Time-Life Books, 1980. — pp. 24–25..

Ərazi iddiaları

Sverdrup adası Norveç arktika ekspedisiyası (1898—1902) başda Otto Sverdrup Kanada Arktik arxipelaqına daxil olan ərazidə bir çox adaları kəşf etmişdir. Xüsusi ilə Sverdrup adaları onlar arasında ən böyüyü olmuşdur. Adalar kəşf edilərkən Norveç adaların onun ərazisi olmasını elan edir. Ancaq bölgə Böyük Britaniyanın dominyonu olan Kananın Arktika sektoru elan edilmişdi. thumb|210px|Norveçin Danimarka torpağı olan Qrenlandiyaya 1931–1933 illər ərazi iddiası İlk əvvəllər Norveç bu ərazilərə maraq göstərməsədə sonradan arktikadakı adaların Yan-Mayen və Buve adaları ilə dəyişdirilməsini nəzərdə tutan hüquqi çərçivədə danışıqlar aparılır. Bu iş 2 il davam edirThorleifsson, T. Bi-polar international diplomacy: The Sverdrup Islands question, 1902–1930 . — Master of Arts Thesis, Simon Fraser University, 2004..

Nəticədə 1930-ci ilin noyabrında Norveç arktikadakı adalar üzərində Kanadanın hüquqlarını tanıyırBerton, P. The Arctic Grail: The Quest for the North West Passage and the North Pole. — Toronto: Random House of Canada Ltd., 1988. — P. 629. — ISBN 0670824917. Əvəzində isə Britaniya Norveçin digər ərazi iddialarını tanıyırdıNorsk polarhelt ville bli hemmelig agent . — Aftenposten.no, 19 aprel 2007 il.. Sonuncu sənən isə Otto Sverdrupun ölümündən iki həftə öncə imzalanmışdır.

Sarışın Erik Torpağı Digər ərazi iddiası isə 1920-ci illərdə Danimarkanın sahib olduğu Qrenlandiyanın şərq hissəsinə irəli sürükürdü. Belə bir fakt ortaya qoyulurdu ki, burada ilk yaşayış məntəqəsini Kürən Erik hələ X əsrdə qurmuşdur. 1924-cü ildə Danimarka Norveçin bölgədə ov etməsi və elmi məqsədlərlə iş görməsi hüququnu təstiqləyirOle Magnus Rapp Da Norge plantet flagget på Grønland . — Aftenposten, 19 oktyabr 2011 il..

Ancaq 1931-ci ildə qrenlandiyanın Miqbukta qəsəbəsində Norveç bayrağı qaldırılır. Bir ay sonra Norveç buranı işğal edərək Şərqi Qrenlandiyada asılı Kürən Erik TorpağınıLegal Status of Eastern Greenland , PCIJ Series A/B No. 53 (1933) qurur. Sonradan məsələ Millətlər Liqasında qaldırılır. 1933-cü ildə proses Norveçin əleyhinə bitirBeynəlxalq məhkəmənin qərarı Millətlər Liqası, 1933.. Ərazi Danimarkaya qaytarılır.

Fritof Nansen Topağı Norveç qütb ekspedisiyası (1893–1896) başda Frityof Nansen "Fram" gəmisində Frans-İosif Torpağına gəlir. O, elə düşünürdü ki, bu topaqların ardının Şimal qütbünü keçərək Qrenlandiya ilə birləşdiyini düşünürdü. Ancaq o bu fikirin yanlış olduğunu təstiqləyie. 125px|left|thumb Bölgə Norveçin ərazisi olmasıСаннес Т. Б. ""Фрам": приключения полярных экспедиций / Пер. с нем. А. Л. Маковкина. — Л.: Судостроение, 1991. — ISBN 5-7355-0120-8. fikiri irəli sürülsədə heç bir dövlət rəsmən ərazi iddiası irəli sürməmişdirRusiya və Norveç: qarşılıqlı güzəşt. — Нефть России, № 5, май 2003 года.История исследований и люди науки. З. Ф. И. — Первое сентября. География, № 10, 2009 год.. 1926-cı ildə SSRİ ərazini tam nızarətinə alırМуров, М. Записки полярника . — L: Лениздат, 1971. — С. 220..

Bu fakt 1920-cinillər ərzində mübahisə predmeti olaraq qalırdı. Norveçin ərazini nəzarətinə almaq və arxipelaqın "Fritof Nansen Torpağı" adlandırması cəhdi bir nəticə vermir. Rusiya imperiyasından fərqli olaraq SSRİ 1929-cu ildı Otto Şmidtin rəhbərliyi ilə təşkil etdiyi ekspedisiya zamanı Quker adasına SSRİ bayrağını sancaraq adaları SSRİ ərazisi elan edirКорякин, В. Отто Шмидт. — M. Вече, 2011. — С. 416. — (Великие исторические персоны). — ISBN 978-5-9533-5770-8.

Buve adası sektoru Norveçin Kraliça Mod Torpağı, I Pyotr və Buve adalarını öz ərazisi elan etməsi SSRİ və ABŞ kimi dövlətlərin etirazına səbəb olurdu. 1939-cu ilin yanvarında Norveçə verilən notada Buve və I Pyotr adalarının Norveçin ərazisi elan edilməsi ilə əlaqədar olmuşdur V. V. Lukinin müsahibəsi . — "Elm və Həyat"..

Bu zaman SSRİ Norveçin Buve SektorunaИсторическая справка . — официальный сайт Российская антарктической экспедиции. iddiasını qanunsuz elan edir. Üstəlik SSRİ Antarktidanın ruslar tərəfindən kəşf edilməsini əsas gətirərək öz iddiasını irəli sürmüşdürSSRİ və Antarktika .. Ancaq asılı ərazi statusu 1957-ci qanunvericiliyi ilə möhkəmlənir.

SSRİ özü də bu iddiasından əlçəməməsinə baxmayaraq Antarktida haqqında konvensiyaya görə bütün iddialar dondurulduğundan, yalnız Buve Norveçin ərazisi olaraq təstiqlənir. 450px|thumb|left|1941 il xəritəsi, Yeni Şvabiya Almaniya ərazisi olaraq göstərilir

Yeni Şvabiya 1939 ilin yanvarında Almaniya Antarktidaya Alferd Riçerin başçılığı ilə ekspedisiya göndərir. "Şvabiya" gəmisində gələn ekspedisiya 4°50' və 16°30' q. u. arasında yerləşən bölgəni Yeni Şvabiya adlandıraraq, bölgəyə ərazi iddiası irəli sürür.

Kral VII Hakonun fərmanından sonra, Almaniyada eyni bölgəyə ərazi iddiası irəli sürür. Bu zaman "Şvabiya" gəmisində olan amfibiya təyyarələri bölgənin şəklini çəkir. Onlar hər 25–30 kilometrdən bir xüsusi işarələr qoyurlar. 15 aydan sonra Üçüncü Reyx Norveçi işğal edir. Almaniyanın kapitulyasiyasına qədər bölgə onun nəzarətində olmuşdur.

Şpisbergen Kondominiumu