Behbud Mustafayev () — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş.
Həyatı Behbud Mustafayev Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışmışdır. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində vəftiz olunmuştur. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdurРукоположение во диаконы .
2017-ci ilin may ayının 7-də Papa Fransisk tərəfindən keşişliyə təyin edildi.
Seminariya təhsilini bitirdikdən və keşiş kimi fəaliyyətə başladıqdan sonra Romada Pontifikal Lateran Universitetini bitirmişdir.
Hal-hazırda Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən Müqəddəs 2-ci İoann Pavel Katolik Prixodunda Baş Keşiş olaraq xidmətinə davam edir. Həmçinin, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasında Ekonom və Kilsə Kansleri vəzifələrini də icra edir.
Azərbaycan, Rus, Türk, İngilis və İtalyan dillərini sərbəst bilir.
İstinadlar
Xarici keçidlər Диакон Бехбуд Мустафаев: "Цена вопроса — это счастье человека"
Kateqoriya:Azərbaycanda katolisizm Kateqoriya:Katolik azərbaycanlılar Kateqoriya:Azərbaycanlı Roma Katolik keşişləri