Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu.
Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da, məsafəni sona qədər qət edə bilmədi.
Mənbələr İstinadlar
Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər