Laksmirani Mayhi () — Hindistanlı oxatan. Laksmirani Mayhi Hindistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Laksmirani Mayhi həm də 2015-ci ildə Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında komanda yarışlarında gümüş medal qazanıb.

Karyerası Laksmirani Mayhi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Slovakiyanın nümayəndəsi Alixandra Lonqova ilə üz-üzə gəldi. Həmin görüşdə Laksmirani Mayhi rəqibinə 1:7 hesabı ilə uduzdu.

İstinadlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar