Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu.

1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015–16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır.

Tarixi

1946–1962: Filadelfiya Uorriorz Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946–47 mövsümündə "Çikaqo Stags"i 4–1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947–48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4–2 məğlub oldular. İkinci çempionluğu isə 1955–1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4–1 hesabı ilə qalib gəldilər.

1962–1971: San Fransisko Warriors 1962-ci ildə Franklin Mieuli komandanın böyük bir qisimini satın aldı və San Fransiskoya daşıdı. Ayrıca komandanın adını "San Fransisko Warriors" olaraq dəyişdirdi. 1962–64-cü illərdə Warriors, matçlarını ümumiyyətlə Cow Palaceda oynadı. 1964–66-cı illərdə isə oyunlarını San Fransisko Civic Auditoriumda keçirtdi. 1963–64 mövsümündə finala yüksəlməsinə baxmayaraq Boston Seltiksə 4–1 məğlub oldu. 1965-ci ildə Rick Barry komandanın ulduzuna çevrilməyə başladı. O mövsüm Rick Barry İlin ən yaxşı gənci seçildi və 1966–67 mövsümündə finala qədər yüksəlməyi bacardılar, lakin finalda Filadelfiya Seventi Siksers ilə qarşılaşmalarda 4–2 məğlub oldular.

1971–1978: Golden State Warriors 1971-ci ildə komandanın adı "Golden State Warriors" olaraq dəyişdirildi. 1971 və 1977-ci illər arasında yalnız 1974-cü il istisna olmaqla digər illərdə pley offlara qatılmağı bacardılar. 1974–75 mövsümü finalında "Vaşinqton Bullets" ilə qarşılaşmalarda 4–0 hesabı ilə qalib gələrək çempion oldular.

Oyunçular

Baş məşqçilər Baş məşqçilərMəşqçilik etdiyi müddətEdward Gottlieb1946–1955George Senesky1955–1958Al Cervi1958–1959Neil Johnston1959–1961Frank McGuire1961–1962Bob Feerick1962–1963Alex Hannum1963–1966Bill Sharman1966–1968George Lee1968–1970Al Attles1970–1980Johnny Bach1980Al Attles1980–1983Johnny Bach1983–1986George Karl1986–1988Ed Gregory1988Don Nelson1988–1995Bob Lanier1995Rick Adelman1995–1997P. J. Carlesimo1997–1999Garry St. Jean1999–2000Dave Cowens2000–2001Brian Winters2001–2002Eric Musselman2002–2004Mike Montgomery2004–2006Don Nelson2006–2010Keith Smart2010–2011Mark Jackson2011–2014Stiv Kerr2014–hazırda

Arenalar Filadelfiya Arena (1946–62) Filadelfiya Convention Hall (1952–62) Cou Palace (1962–64, 1966–71 ve 1975 NBA Finallarındakı 2 oyun) San Francisco Civic Auditorium (1964–66) USF War Memorial Gymnasium (1964–66) San Diego Sports Arena (1971–1972 yalnız 6 oyun) San Jose Arena (SAP Center) (1996–97) Coliseum Arena/The Arena in Oakland/Oracle Arena (1966–67, 1971–96 və 1997-dən – indiyədək)

İstinadlar

Kateqoriya:ABŞ basketbol klubları Kateqoriya:Qərb konfransı (NBA) Kateqoriya:Qolden Steyt Uorriorz Kateqoriya:1946-cı ildə yaradılmış basketbol klubları