1000 manatlıq əsginas — Azərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2001-ci illərdə) buraxılmışdır.

Tarixi 1000 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdırMüstəqillik dövrü pulları . azerbaijans.com. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirManat 24 yaşa çatdı . transparency.az, 15.08.2016. Həmin əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.

2001-ci ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1000 manatlıq əsginaslar da dövriyyədə qaldı. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az .

Təsviri İlk əsginasın ön tərəfində əvvəlcə Nizami Gəncəvinin portretinin çapı nəzərdə tutulmuşdur. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 500 manatlıq əsginasın üzərində təsvir olunur. 1000 manatlıq əsginasda isə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin portreti təsvir olunurAdlarını pula yazdıranlar . buro247.az.

Arxa tərəfi isə elə həmin il dövriyyəyə buraxılmış 500 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir.

İkinci 1000 manatlıq əsginasın ön tərəfində Azərbaycanın neft sənayesi təsvir olunmuş; Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdir. Arxa tərəfində isə ənənəvi çərçivələr və ornamentlər istifadə edilmişdir.

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 1000 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu.

Həmçinin bax Azərbaycan manatı 1000 manatlıq sikkə

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1000-lik əsginaslar Kateqoriya:Məhəmməd Əmin Rəsulzadə