10000 yenlik əskinaz () — Yaponiyada işlədilən əskinazlardan biri. Ön tərəfində Meyci dövrü filosofu və Keyo Universitetinin qurucusu Yukiçi Fukuzavanın portreti əks olunmuşdur. Əskinazın arxa tərəfində isə Byodo-ində yerləşən Feniks zalındakı Hoo (, Çin feniksi) rəsmi var.
Saxta əskinazların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əskinaza bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir: holoqram, oyma nəşr, gizli şəkil, lüminessent mürəkkəb, mikronəşr, inci mürəkkəb, EURion bürcü və s.
İstinadlar
Həmçinin bax Yapon yeni əskinazları
Kateqoriya:Yaponiya əsginasları Kateqoriya:Yapon yeni Kateqoriya:10000-lik əsginaslar