Sona Hənifə qızı Tağıyeva () — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı.
Həyatı Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır.
O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. Sona Tağıyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 2002-ci ildən prezident təqaüdçüsü olub.
İstinadlar
Xarici keçidlər | Ziyad Səmədzadə İLAHİ MƏHƏBBƏT SAHİBİ Sona Tağıyevanın məktəbi
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Caparidze Rayon Zəhmətkeş Deputatları Sovetinin deputatları