Antonio Fernandez (12 iyun 1991) — İspaniyalı oxatan. Antonio Fernandez İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Antonio Fernandez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Kao Hao-Ven ilə üz-üzə gəldi. Həmin görüşdə Antonio Fernandez rəqibinə 6:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə o, İtaliya nümayəndəsi David Paskualuççini 6:2 hesabı ilə məğlub etdi. Daha sonra Antonio Fernandez 1/8 final mərhələsində Avstraliya təmsilçisi Teylor Vort ilə üz-üzə gəldi. Həmin görüşdə Antonio Fernandez rəqibinə 3:7 hesabı ilə uduzdu.

Mənbələr

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2015 Avropa Oyunlarında oxatanlar Kateqoriya:2013 Aralıq dənizi Oyunları yarışçıları