Şahzadə Ələddin Əli () — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi.
1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir.Prof. Dr. Feridun Emecen, http://www.dha.com.tr/fatihin-haremi-gosterilmiyor-cunku_284412.html İslam Ansiklopedisi, Cilt:28, Sayfa:395, (Prof. Dr. Halil İnalcık)"Şehzade Alâaddin". amasya.gov.tr. 29 Temmuz 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Temmuz 2014. Atasının Bursada inşa etdirdiyi Muradiyə külliyyəsində dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:Osmanlı şahzadələri