"Petrobras" () — Braziliyanın ən böyük neft-qaz şirkətiDünyanın ən böyük neft-qaz şirkətləri (II hissə) . banker.az, 09.01.2014

Bu şirkət dünyanın ən çox gəlirə sahib 500 şirkətinin yer aldığı "Fortune Global 500" siyahısında 28-ci yerdədir.

Səhmləri thumb|Rio-de-Janeyrodakı mərkəzi ofisi 60%-dən çox səhmləri Braziliya hökumətinə məxsus olan bu şirkətin digər səhmləri isə Nyu-York və San-Paulu birjalarında ticarətə çıxardılıb.

"Petrobras" tarixə birjada birdəfəlik böyük dəyərli səhmlərin yerləşdirilməsi ilə düşmüşdür. Belə ki, 2010-cu ilin sentyabr ayında birjada onun 72,8 milyard dollar dəyərində səhmləri satılmışdır.

Okeanda fəaliyyəti "Petrobras" şirkəti balinaların haqqlarını müdafiə edir, lakin bu onlara okeanda dərin quyular qazmağa mane olmur.

Faciələr 16 avqust 1984-cü ildə şirkətin "Enchova Central Platform" üzən platforması Rio-de-Janeyro sahillərində qəzaya uğramışdırAçıq dənizdə neft fəlakətləri: SOCAR tək deyil... virtualaz.org, 07.12.2015 . Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş vermişdir. İşçilərin əksəriyyəti evakuasiya edilmiş, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalmıdır. Bundan sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olmuşdur.

İstinadlar

Xarici keçidlər

Petrobras' News Agency Petrobras Magazine

Kateqoriya:1953-cü ildə Braziliyada yarananlar Kateqoriya:Braziliyanın neft-qaz şirkətləri Kateqoriya:Braziliya brendləri Kateqoriya:Transmilli korporasiyalar Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər