Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. Təlimləri Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildirДве книги против физиков // Секст Эмпирик. Сочинения. Том. 1. М: Мысль, 1976, s.99.. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir.
İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdirCopleston F. A History of Philosophy. Greese and Rome. New York: İmage Book, 1993, p. 89.. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır. Azadlıq xoşbəxtliyə aparan nemətdir.
Kiniklər kimi bir çox kirenaçılar da əxlaqi qadağanların insan təbiətinə zidd olduğunu iddia edib, onlara riayət edilməsini vacib saymırdılarDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 93-94.. Hətta, “xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz almaq üçün vasitədirsə, onda gərəkli və yararlı sayıla bilərlər. Belə olmasa onda onlar mənasızdır.
Kirenaçılar dinə qarşı da inkarçı mövqedə durmuşdular. Ona görə də onların bəzilərini “ateist” adlandırırdılar. Onların fikrincə vətənə bağlanmaq yox, dünya vətəndaşı olmaq lazımdır. Onlardan bəziləri bu dünyada yaşamağın mənasız olmasını və intihar etməyin üstünlüyünü də iddia edirdilər.
Eyni zamanda, kirenaçıların mötədilləri də olmuşdur. Mötədillər bu kimi aşırı fikirləri qəbul etmirdilər. Onların fikrincə insan cəmiyyətdə yaşamalı, onun qanunlarına tabe olmalıdır. Ancaq eyni zamanda bacardığı qədər həyatından həzz də almalı, narahatlıqlardan qaçmalıdır.
Təmsilçiləri Aristipp Hegesias Annikeris Teodorus Evhemerus
Mənbə
Ədəbiyyat
Diogenes Laertius (1925). Lives of Eminent Philosophers. Translated by Robert Drew Hicks. 2 vols. Vol. 1, The Loeb Classical Library. Cambridge: Harvard University Press. Lampe, Kurt (2014). The Birth of Hedonism: The Cyrenaic Philosophers and Pleasure as a Way of Life, Princeton University Press. Tsouna, Voula (1998). The Epistemology of the Cyrenaic School, Cambridge University Press. Zilioli, Ugo (2012). The Cyrenaics, Acumen Publishing. ISBN 1-84465-290-4
Həmçinin bax Sokratçı məktəblər
Xarici bağlantılar Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов . Кн.2. Киренаики / Лосев А.Ф. История античной эстетики. Менее значительные сократические школы / Эдуард Целлер КИРЕНСКАЯ ШКОЛА (КИРЕНАИКИ)
İstinadlar
Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Skeptisizm Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri