Quaruja () — Braziliyanın San-Paulu ştatında yerləşən bələdiyyə. Bayşada-Sansista metropolitan regionunun tərkibindədir. 2015-ci ilin məlumatına görə əhalisi 311.230 nəfərdir və sahəsi 143,58 km2 təşkil edir. Bələdiyyənin adı Tupi dilindən tərcümədə "dar cığır" mənasını verir. Bələdiyyədə güclü urbanizasiya var.
Quaruja Hollivud ulduzları və milyonerləri üçün qaçış yeridir.
Coğrafiya thumb|left|Asturias çimərliyi. Quaruja San-Paulunun sahilində yerləşən Santo-Amaro adasında yerləşir. Əsas gəlir mənbəyi mövsümi turizm və liman fəaliyyətləridir.
Quaruja San-Paulu ailələri üçün populyar həftəsonu yeridir. Onlar burada azı 1 saat drayvinq ilə məşğul ola bilərlər. Bayram günləri ərazidə böyük tıxaclar olur.
Quarujada parnasianist şair Visente di Karvalyonun şərəfində adlandırılmış boro yerləşir.
Şəhərin ləqəbi "Atlantikanın mirvarisi"dir.
Quaruja məşhur çimərlikləri ilə tanınır: Quaiuba, Tombo, Asturias, Pitanqueyras, Enseada, Pernambuko, Pereke, San-Pedru, Tijikopava, İporanqa, Praya-Branka və Praya.
İqtisadiyyat Quaruja, tarixi, infrastrukturu və ölkənin ən çox əhalisi olan şəhərə yaxınlığına görə şəhərdə turizm yaxşı inkişaf etmişdir. Şəhərin çimərlikləri olduqca məşhurdur. Turizm regionunun iqtisadiyyatında çox əhəmiyyətli rol oynayır.
Bundan əlavə digər gəlir mənbəyi limandan (Santos limanının sol sahili) və əlaqəli fəaliyyətlərdən (məsələn, daşıma) əldə olunur. Digər tərəfdən Kubataoya (ölkədə ən böyük sənaye rayonu) və limanlara olan yaxınlığına görə burada sənaye fəaliyyətlərinə böyük maraq vardır. 1976-cı ildən başlayaraq Dow Chemical hələ də regionda əsas sənaye şirkətidir.
Qardaşlamış şəhərlər Quarujanın qardaşlaşdığı şəhərlər: Kaşkayş, Portuqaliya (2000)
İdman Antonio Fernandes Bələdiyyə Stadionu şəhərin əsas futbol stadionudur. Quaruja Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. 2014-cü ildə Braziliyada baş tutmuş futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina milli komandası Quarujanı bazası kimi seçmişdi.
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı Quarujada yerləşən otellər Quaruja haqqında hər şey
Kateqoriya:Braziliya adaları Kateqoriya:Braziliyanın yaşayış məntəqələri