Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınən idarəçiliyində olan ali təhsil müəssisəsidir.

Tarixi Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. 1928-ci ildə məktəb Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini davam etdirmişdir.

Məktəbin xüsusi fakültəsində 1945–1946-cı illərdə Cənubi Azərbaycandan gəlmiş gənclər də təhsil alırdı.

1956-cı ildə məktəb üçillik Bakı Ali Partiya Məktəbi (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbi) adını almışdır.

Məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı.

1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk, Gürcüstan və Dağıstandan ali siyasi təhsil üçün göndərilirdilər.

Bakı Ali Partiya mMktəbi nəzdində vaxtaşırı partiya və sovet işçilərinin təkmilləşdirilməsi üzrə kurslar da təşkil edilirdi.

1992 – ci ildə Bakı Ali Partiya Məktəbinin adı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu adına dəyişdirilmiş və bu adla 1999-cu ilədək fəaliyyət göstərmişdir.

3 yanvar 1999-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradıldı.Fərmana əsasən Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərinin həlli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, elmi-metodik rəhbərlik isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir.

Adının tarixi 1921–1928 – Mərkəzi Sovet Partiya məktəbi 1928−1956 – Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbi 1956−1992 – Bakı Ali Partiya Məktəbi (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbi) 1992–1999 – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu 1999 — indiyədək – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Ümumi məlumatlar Akademiyada təhsil azərbaycan və rus dillərində aparılır. Bakalaviturada təhsil 4, magistraturada 2 ildir.

Aşağıdakə kafedralar fəaliyyət göstərir :

- Dövlət Qulluğu və Kadr Siyasəti

- Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi

- Beynəlxalq Münasibətlər və Xarici Siyasət

- Hüquq

- Dövlət İdarəçiliyinin Hüquqi təminatı kafedrası

- Dövlət İdarəedilməsi və Menecment

- İqtisadiyyatın Dövlət Tənzimlənməsi

- Politologiya və Siyası İdarəetmə

- Fəlsəfə və Sosial Psixologiya

- Dövlət İdarəşiliyində İnformasiya Texnologiyaları

- İntellektual Sistemlərin İdarə olunması

- Tarix

- Dillər

Fakültələr Siyasi idarəetmə fakültəsi

Fakültənin bakalavr səviyyəsinin ixtisasları:

- Politologiya

- Beynəlxalq münasibətlər

- Dövlət və ictimai münasibətlər

- Hüquqşünaslıq

- Davamlı inkişaf

Magistratura səviyyəsinin ixtisasları:

- Beynəlxalq münasibətlər və diplomatiya

- Siyasi analitika və strateji araşdırmalar

- Davamlı inkişaf potensialı və yüksək idarəetmə standartları

- İnzibati hüquq və inzibati proses

- İctimai siyasət https://dia.edu.az/siyasi-idareetme-fakultesi

İnzibati idarəetmə fakültəsi

Fakültənin bakalavr səviyyəsinin ixtisasları:

- Dövlət və bələdiyyə idarəetməsi

- Menecment

- İqtisadiyyat

- Kompüter elmləri

Rəhbər Kadrların Yenidən Hazırlanması Fakültəsi

Fakültə Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il tarixli “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının seçimi və məktubu əsasında magistratura səviyyəsində yenidən hazırlanma növü üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının təhsili prosesini təşkil edir.

Bu Fərmanın icrası çərçivəsində Prezident Administrasiyası tərəfindən göndərilən dövlət qulluqçuları “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası (“Dövlət qulluğunun təşkili və idarəedilməsi” və “Dövlət strukturlarında menecment ixtisaslaşmaları”), “Davamlı inkişafın idarəedilməsi” ixtisası (“Davamlı inkişafın planlaşdırılması” ixtisaslaşması) və “Sosial İş” (“Gənclərlə iş” ixtisaslaşması) üzrə hazırlanır.

Qəbul edilmiş qaydalara müvafiq olaraq, magistr proqramları müasir standart və yanaşmalar nəzərə alınmaqla Dövlət İdarəçilik Akademiyasının akademik heyəti ilə ilə yanaşı yüksək dərəcəli dövlət qulluqçuları, praktiklər və xarici ekspertlərin iştirakı ilə hazırlanır və reallaşdırılır.

Həmçinin bax Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu ADA Universiteti

İstinadlar

Xarici keçidlər Rəsmi sayti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 15 illiyini qeyd edib

Kateqoriya:3 yanvarda yarananlar Kateqoriya:1999-cu ildə Azərbaycanda yarananlar