Orlando gecə klubu gülləbaranı (, həmçinin Orlando gecə klubu qırğını ()) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır.
Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran, ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət, və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir. Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir.
Hücum 220px|thumb|left|Hüquq-mühafizə orqanları və təcili tibbi yardım maşınlarının hadisə yerinə gəlişi Hadisə 12 iyun 2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər. Təxminən 2:00 am radələrində klubda 320 nəfər olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı. Orlando Polis Departamentinin gecə klubunda əlavə vaxtla çalışan polis zabiti Mətinə cavab atəşi açmışdı. Tezliklə həmin zabitə daha iki polis zabiti qoşulmuş və Mətini ələ keçirməyə çalışmışlar.Joe Mozingo, Matt Pearce & Tracy Wilkinson, 'An act of terror and an act of hate': The aftermath of America's worst mass shooting , Los Angeles Times (June 13, 2016). Daha sonra klubda irəliləyənMarc Santora, Last Call at Pulse Nightclub, and Then Shots Rang Out , New York Times (June 12, 2016). Mətin məkanın sahiblərini girov götürmüşdü. Hadisə yerinə OPD və Oreync qraflığının şerif idarəsindən 100-ə yaxın polis zabiti cəlb olunmuşdu.
Klubun içində əsir alınmış şəxslər hadisənin baş verdiyi zaman yaxınlarına və dostlarına zəng etmiş və sms-lər yazmışlar. Onlardan bəzisi silah səsləri eşitməsini xəbər vermişdir. Bir çoxları yüksək musiqi səsi və qaranlıqla müşayiət olunan panika və qarışıqlıq mühitini təsvir etmişdir. Hadisə zamanı klubda olanlardan biri hücumçudan qorunmaq üçün tualetdə cəsədlərin altında gizlənmişdir. Artistlərdən bəzisi gülləbaran başlayan kimi qrim otağında gizlənmiş, daha sonra isə polisin köməkliyi ilə hava soyuducusu xətti ilə xilas edilmişdir. Barmen xanımlardan biri şüşə barın arxasında gizlənməyə müvəffəq olmuşdu. Bar sahibləri isə yaralananlara kömək etməyə çalışmışlar. 2:11 a.m.-də gülləbaranın başlamasından doqquz dəqiqə sonra klubun Facebook səhifəsində “Hər kəs “Pulse”-dan çıxsın və qaçsın” deyə məlumat yazılmışdı. 220px|thumb|right|Hadisə zamanı güllədən deşilmiş polis dəbilqəsi Onlarla ilkin müdaxilə dəstələri, o cümlədən OPD polis zabitləri, Oreync qraflıqından olan millət vəkilləri və FBI agentləri, həmçinin həkimlər və yanğınsöndürənlər baş verən hadisələri təsvir etmişlər. Münaqişəni sakitlləşdirmək üçün danışıqlar olmamışdır, çünki, Mətin içəri girərək klubdakı şəxsləri əsir almışdır. Zabitlər əvvəlcə onun təhlükəli ola biləcək hansısa xüsusi cihazla silahlandığını düşünsələr də, sonradan bu fikir özünü doğrultmamışdır. Hadisənin xüsusiyyətini nəzərə alan polis əməkdaşları insidentin qiymətləndirilməsi, zirehli maşınların gəlməsi və kifayət qədər personala malik olmalarının müəyyən edilməsi üçün üç saat ərzində gözləməli olmuşlar.
Saat 2:22 a.m.-də Mətin 9-1-1-ə zəng edərək İŞİD-ə sadiqliyini etiraf etmişdir. Zəng zamanı o həm də Boston marafonu terror hücumunu törətmiş Tamerlan və Coxar Tsarnayevlərin adını çəkmişdir.
3:58 am-də OPD klubda silahlı atışma baş verməsi və çoxsaylı yaralıların olması haqqında məlumat yaymışdır. OPD rəsmiləri vətəndaşlara klubun yerləşdiyi əraziyə yaxınlaşmamağı məsləhət görmüşdür.
Təxminən 5:00 am-də binaya daxil olan SWAT zabitləri qoruyucu sədlər istifadə etməklə irəliləmiş və Mətinin fikrini yayındırmaq üçün iki fleş-partlayış törətmişlər. On bir zabitin iştirak etdiyi atışmada Mətin öldürülmüşdür. Beş dəqiqə sonra polis bomba heyətinin nəzarət edilən bir partlayış törətməsini elan etmişdir. Saat 5:53 am-də Mətinin öldürülməsi təsdiqlənmişdir. Əməliyyat nəticəsində 30 əsir azad edilmiş, bir zabit isə gözündən güllə zərbəsi alaraq hospitala yerləşdirilmişdir. Polislər kluba daxil olduqdan sonra içəridə 39 nəfərin, küçədə isə iki nəfərin öldürülməsi dəqiqləşdirilmişdir.
Hadisə qurbanları
Hadisə nəticəsində ən azı 49 nəfər həlak olmuş, 53 nəfər isə ağır yaralar alaraq yerli xəstəxanalarda cərrahi müdaxiləyə məruz qalmışdır. Bu göstəricilər ilə hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran* , ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət və 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra ABŞ-də ən böyük terror hadisəsi* kimi tarixə keçmişdir.
Hadisə yerində 38 nəfərin öldürüldüyü elan edilmiş, 11 nəfərin isə xəstəxanaya çatdırıldıqdan sonra ölməsi müəyyən edilmişdir. Gecə klubundan üç məhəllə aralıda yerləşən Orlando Regional Tibb Mərkəzi ən yaxın xəstəxana olduğuna görə yaralıların bir çoxu oraya aparılmış, lakin, şəhərdəki digər iki xəstəxana da bəzi yaralıları qəbul etmişdir. Aşağıdakı şəxslərin qətlə yetirilməsi təsdiqlənmişdir:
Təşkilatçı 180px|thumb|right|Ömər Mətinin sürücülük vəsiqəsi fotosu Gülləbarandan sonra hadisəni təşkil edən və törədən şəxsin 29 yaşlı Ömər Mətin adlı şəxs olması müəyyən edilmişdir. ABŞ vətəndaşı olan Mətin Nyu-Hayd Park, Nyu-Yorkda, Kuins borosu ərazisində doğulmuşdur. Valideynləri əfqan mənşəli olan Mətin özü isə müsəlman olmuşdur. Gülləbaran hadisəsini törətdiyi zaman o, Orlando şəhərindən 160 km (100 mil) aralıda yerləşən Florida ştatının Fort Pirsi şəhərində yaşayırdı. Cinayətin törədilməsi zamanı Nur Zahi Salman adlı ikinci həyat yoldaşı ilə evli olan Mətinin azyaşlı oğlan uşağı da vardı. İstintaqla məşğul olan mütəxəssislərin Associated Press-ə verdiyi məlumata görə Salmanın həyat yoldaşının belə bir iş planlaşdırmasını bildiyi güman edilir, lakin yalnız bu gümana əsaslanaraq onu ittiham etmək mümkün deyil.
2006-2007-ci illərdə Mətin yeddi ay ərzində Florida İslah İdarəsində həbsxana gözətçisi kimi çalışmışdır. 2007-ci ildə Mətin “G4S Secure Solutions” tərəfindən mühafizəçi vəzifəsinə işə götürülmüş və ömrünün axırına kimi bu vəzifədə çalışmışdır. Şirkət Mətinin iki dəfə sınaqdan keçirildiyini bildirir - ilk dəfə işə götürüldüyü zaman, ikinci dəfə 2013-cü ildə - hər iki dəfə təhlükəli hal aşkar edilməmişdir. Mətin aktiv şəkildə çalışaraq odlu silah daşıma lisenziyası və mühafizəçi lisenziyası almışdır. O, psixoloji testdən keçirilmiş və cinayətə meyllilik aşkar edilməmişdir. Keçmiş kolleqası Mətini “əsəbi və qeyri-sabit” şəxs kimi təsəvvür edərək deyir ki, o, “tez-tez insanların öldürülməsindən danışır, geylər, zəncilər, qadınlar və yəhudilərə nifrətini ifadə edirdi.”
2009-cu ildə Mətin ilk dəfə ailə qursa da, dörd aydan sonra ayrılmışdır; cütlüyün ayrılması 2011-ci ilin iyulunda rəsmiləşdirilmişdir. Gecə klubunda gülləbaran hadisəsinin baş verməsindən sonra onun keçmiş həyat yoldaşı deyir ki, Mətinin “ciddi daxili narahatlıqları var idi”; i əlavə edir ki, Mətin ona fiziki təzyiq göstərmiş və steroidlərdən istifadə etmişdir.
2011-2012-ci illərdə Mətin ümrə üçün iki dəfə Səudiyyə Ərəbistanına səfər etmişdir. Səudi rəsmiləri ilə müzakirələrdən sonra FBI direktoru Ceyms Komi demişdir ki, bu səfərlər zamanı hər hansı təhlükəli əlaqələrin olması aşkar edilməmişdir.
2013-2014-cü illərdə Mətin FBI-ın maraqlandığı şəxs olmuşdur. Tədqiqatlara Mətinin kolleqalarına Əl-Qaidə ilə qohumluq əlaqəsinə malik olması və Hizbullahın üzvü olması haqqında məlumat verməsindən sonra başlanmışdır. 2014-cü ildə Mətinin Suriyaya gedərək orada bombalı terror aktı törətmiş ABŞ vətəndaşı Moner Məhəmməd Əbu Salha ilə əlaqəsi olmuşdur. Bu iki araşdırma ilə bağlı Mətin üç dəfə dindirilmiş, şübhəli bir məqam aşkarlanmadığına görə hər iki tədqiqat bağlanmışdır.
Polis akademiyasında Mətinlə bir yerdə təhsil almış yoldaşlarından biri (KİV-də adı yayımlanmayıb) Mətinin onunla romantik münasibətdə olmasını, dərsdən sonra birlikdə müxtəlif gey barlarda birlikdə vaxt keçirdiklərini, həmçinin Mətini gey hesab etdiyini deyib. O, həm də bildirib ki, Mətin “cəmiyyətdən təcrid olunmuş” həyat sürürdü və “heç kim onu sevmirdi”. “Orlando Sentinel”in verdiyi məlumata görə hadisə zamanı klubda olmuş insanlardan ən azı dörd nəfəri Mətinin onlarca dəfə kluba gəlməsini görmüşdür. Bəzi hallarda Mətin bir küncə çəkilərək içmiş, bəzi hallarda isə o dərəcədə sərxoş olmuşdur ki, səsküy salmışdır. Şahidlərdən biri gülləbaranın başlamasından bir saat əvvəl Mətini klubdan kənarda tanımış (daha sonra telefonunu yoxlamaq üçün FBI-a təqdim etmişdi), gülləbarandan bir il əvvəl isə gey tanışlıq proqramında Mətinlə “Jack'd” adı altında yazışmışdır. Digər bir şahidin sözlərinə görə Mətin geylərlə onlayn ünsiyyət üçün Grindr və Adam4Adam proqramlarından istifdə etmiş və hər iki saytda şəkillərini yayımlamışdır. Üçüncü şahid isə Mətinin klubda kişilərlə yaxınlıq etməyə çalışmasını demişdir.
Ömər Mətinin atası Siddiq Mir Mətin bildirir ki, hadisənin baş verməsindən bir neçə ay əvvəl Ömər Mayaminin Beysayd Marketpleys ərazisində gey cütlüyün öpüşməsini görmüşdür və ola bilsin ki, bu hadisə onu motivasiya edən səbəblərdən biri olmuşdur. İki gün sonra tədqiqat prosesində oğlunun seksual maraqlarının ortaya çıxmasından sonra atası səsləndirdiyi ehtimaldan imtina etsə də, oğlunun gizli homoseksual və ya biseksual həyat yaşamasından xəbərsiz olmasını və buna inanmadığını demişdir.
NBC News-un verdiyi məlumata görə Mətinin həyat yoldaşı bir dəfə onu "Pulse" barına qovmuşdu, çünki, əslində o, barda olmaq istəyirdi. Tədqiqatçıların məlumatına görə hədəf axtarışında olan Mətin ilk öncə Orlando ərazisində yerləşən Walt Disney World parkına gəlmişdi.
Gülləbaranın baş verməsindən əvvəl Mətin Port Sent-Luis də qanuni yolla iki adlu silah əldə etmişdir.
Hadisədən sonra
“OneBlood”ın çağırışından sonra bir çox insanlar yerli qanvermə mərkəzləri və qanmobayllar qarşısında növbəyə düzüldülər. Qan ianələrinin çoxalması və hadisənin gey barda baş verməsi uzun müddətdir müzakirə olunan və xeyli tənqid edilən kişi ilə cinsi əlaqədə olmuş kişinin qan donoru olmasını məhdudlaşdıran qanunu yenidən diqqət mərkəzinə gətirdi. Mərkəzi Floridadakı LGBT Cəmiyyəti Mərkəzi sağ qalanlar üçün məsləhət mərkəzi təşkil etdi. Kampinq Uorld Stadionunda zərərçəkənlərə yardım mərkəzi açılmışdır.
Əməliyyat zamanı polisin tətbiq etdiyi taktikanı tənqid edən mütəxəssislər əvvəllər baş vermiş bu cür hadsələri nümunə almalı olan polisin hətta özü üçün böyük təhlükə olmasına baxmayaraq təcili şəkildə kluba girməli və təhlükəli şəxsi neytrallaşdırmalı olduğunu bildirmişlər.
Facebook “Təhlükəsizlik yoxlaması” () sistemini aktivləşdirmişdir ki, Orlando ərazisində olanlar yaxınlarına təhlükəsizlikdə olmaları haqqında məlumat verə bilsinlər və bu həmin funksiyanın ABŞ ərazisi üçün ilk tətbiqi olmuşdur.
Gülləbarandan sonra ABŞ ərazisindəki ticarət molları, kinoteatrlar və konsert zalları kimi məkanlarda təhlükəsizlik qaydaları gücləndirilmiş, gey prayd festival təşkilatçıları və Prayd ayı çərçivəsində təşkil olunacaq digər tədbirlərin təşkilatçıları əlavə təhlükəsizlik qaydaları nəzərə almaqla yanaşı, həm də çoxsaylı polis heyəti cəlb etmək qərarına gəlmişlər.
İstintaq thumb|left|ABŞ Prezidenti Barak Obama Ağ Evin Oval zalında FBI direktoru Ceyms Komi və Daxili Təhlükəsizlik üzə Müşavir Layza Monakodan gülləbaran hadisəsinin tədqiqi ilə bağlı son məlumatları dinləyərkən. Orlando Polis Şefi Con Mina qeyd edir ki, Mətinin bədənindən SIG Sauer MCX yarım-avtomat tapançanın güllələri aşkarlanmışdır. Mətin ümumilikdə klubdakı şəxslər və polisə 202 dəfə atəş açmışdır. Mətinin avtomobilindən A .38 Smith & Wesson revolveri aşkarlanmışdır ki, bu silah da gülləbaran zamanı istifadə olunmamışdır.