thumb|ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən Cənubi ABŞ bölgəsi. Amma "Cənub" və rayonları müxtəlif şəkildə də müəyyən edilmişdir (Bax coğrafiya bölməsinə).
Cənubi ABŞ () - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən Arizona və Nyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildəMcPherson, James M., Battle Cry of Freedom. the Civil War Era, Oxford Univ. Press, 1998, pg. 304 Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir. Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi. Delaver və Merilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər. Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi.
Adətən Cənuba ABŞ-nin cənub-şərqi və cənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilis və Fransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.
Coğrafiyası ABŞ Siyahıyaalma Bürosunun tərifinə əsasən Cənub 16 ştatdan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun 2010-cu il hesabatına əsasən 114,555,744 nəfər və ya ABŞ əhalisinin 37%-i ölkənin ən çox məskunlaşan Cənubda yaşayır. Siyahıyaalma Bürosu tərəfindən Cənubu üç dairəyə bölür :
Cənubi Atlantik : Cənubi Karolina, Corciya, Delaver, Florida, Kolumbiya Dairəsi, Merilend, Qərbi Virciniya, Şimali Karolina və Virciniya Şərq Cənubi Mərkəz : Alabama, Kentukki, Missisipi və Tennessi Qərb Cənubi Mərkəz : Arkanzas, Luiziana, Oklahoma və Texas
Cənubla bağlı digər anlayışlar bunlardır :
İdman Amerika futbolu Cənubi ABŞ-də bir çox idman məşhurdur, lakin ən Amerika futbolu ən məşhurudur. Aşağıdakı cədvəldə illik ortalama tamaşaçı sayına görə ən məşhur Cənubi ABŞ kklubları göstərilmişdir. Cənubi ABŞ-də ən çox tamaşaçısı olan klublar Amerika futbolu klublarıdır.
Sıra Klub İdman Liqa Tamaşaçı (ortalama/oyun) 1 Texas A&M Aggies Amerika futbolu MTİA (CŞK) 105,123 2 LŞU Tayqers Amerika futbolu MTİA (CŞK) 101,723 3 Alabama Crimson Tide Amerika futbolu MTİA (CŞK) 101,534 4 Tennessee Volunteers Amerika futbolu MTİA (CŞK) 99,754 5 Texas Longhorns Amerika futbolu MTİA (Böyük 12) 94,103 6 Georgia Bulldogs Amerika futbolu MTİA (CŞK) 92,746 7 Dallas Cowboys Amerika futbolu MFL 90,069 8 Auburn Tigers Amerika futbolu MTİA (CŞK) 87,451 9 Florida Gators Amerika futbolu MTİA (CŞK) 85,834 10 Oklahoma Sooners Amerika futbolu MTİA (Böyük 12) 85,162
İstinadlar
Kateqoriya:Cənubi ABŞ Kateqoriya:Şimali Amerika regionları Kateqoriya:ABŞ cəmiyyəti