Heviz () — Macarıstanın qərbində yerləşən termal göl. Göl kurort şəhəri Hevizin ərazisində yerləşir. Eləcə də Balaton gölünün qərb qurtaracağına yaxındır.

Ümumi məlumat Heviz gölü Avropanın sahəsinə görə ən böyük termal gölüdür (47 500 m²). Qış aylarında suyun temperaturu 24 °C, yayda isə 36 °C olur. Göl suyu 48 saat ərzində tam yenilənir. İl boyu ərazi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Heviz gölü nadır geoloji xüsusiyyətə malikdir. Bu tip gölün analoqu yalnız Yeni Zellandiyada olan Rotorua gölüdür. Göl suyunun temperaturu dərinlikdən çıxan geotermik suların-karst suyunun qarışması nəticəsində yüksəkdir

Kimyəvi tərkibi ElementlərMiqdarı 1952 il[mg/l]''Miqadarı 1992 il[mg/l]'' K+ 6,520 9,600 Na+ 44,670 25,000 NH++ - 0,130 Ca++ 87,730 87,000 Mg++ 37,400 37,000 F- 1,400 1,300 Cl- 25,000 27,000 Br- - 0,120 I- - 0,023 S-- 0,069 2,500 SO4-- 94,620 63,000 HCO3-- 414,870 353,000 H2SiO2 14,560 19,760 CO2 60,020 36,000 O2 0,360 3,800

Müalicəvi əhəmiyyəti Heviz gölünün suyu bir çox xəstəlikləri müalicə etmək xüsusiyyətinə malikdir: Dayaq-hərək apartaının xəstəlikləri, oynaq xətəlikləri, poliartrit, osteoxondroz, oynaqların xroniki xəstəlikləri, radikulit, qan dövranının pozğunluğu, podaqra, cinsi fəaliyyətin zəifliyi və s. Bronxial astma, tromboz, tuberkulez kimi xəstəliklərdə əks göstəriciyə malikdir.

İstinadlar

Xarici keçidlər Хевиз Хевиз Виртуальный тур - озеро (английский) Хевиз - фотографии, информация

Kateqoriya:Macarıstan gölləri Kateqoriya:Krater gölləri