Viçi Lhamtes Nokten və ya Veenhayek dili — Boliviyada yaşayan Viçi xalqının doğma dili. 1994-cü ilin məlumatına görə Boliviyada danışanlarının sayı cəmi 1.810 nəfər, Argentinada isə cəmi 100 nəfərdir. Boliviyada bu dildən Tarixa departamentində, Pilkomayo çayının cənub-qərbində və Kordilyera de Pirapoda istifadə olunur. Argentinada isə bu dil ölkənin şimal sərhədindən cənuba doğru — Tartaqal şəhərinə qədər olan ərazidə danışılır. Dilin digər adları da mövcuddur: Matako, Boliviya, Matako Nokten, Nokten, Noktenes, Oktenai və Veenhayek. 2009-cu ildə Boliviya konstitusiyasında bu dilin adı Veenhayek kimi çəkilmişdir."Wichí Lhamtés Nocten." Ethnologue. İstifadə tarixi: 27 may 2016.
İstinadlar
Həmçinin bax Viçi Lhamtes Vexos Viçi Lhamtes Qyuysnay
Kateqoriya:Argentina dilləri Kateqoriya:Boliviya dilləri