Abdullah ibn Əmr ibn Əs (; ) — Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri.Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 7. Əmr ibn Əsin oğlu idi.
Həyatı Abdullah ibn Əmr Məkkədə doğulmuşdur. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, məkkəli bütpərəstlərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmr öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır. Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Ərəb dilini gözəl bilməklə bərabər, qədim yəhudi (ibrani), eləcə də süryani dillərini də bilmişdir. Abdullah ibn Əmr 72 yaşında Misirin Fustat şəhərində vəfat etmişdir.Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 8.
İstinadlar
Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Məkkədə doğulanlar Kateqoriya:Məhəmməd Kateqoriya:Səhabələr Kateqoriya:Qureyş