Çikoy Milli Parkı — Rusiyanın Zabaykal diyarının Krasnoçikoy rayonu ərazisində mövcud olan milli park.

Sahəsi 6 664,68 km² (664 467,73 ha) ərazi əhatə edir. Rusiya ərazisində formalaşan hazırkı sonuncu milli parkdır.

Yadılma tarixi Çikoy Milli Parkı 28 fevral 2014-cü ildə Rusiya Federasiyası hökumətinin № 158 qərarı ilə təşkil edilmişdir. Milli parkın yaradılmasında hədəf Sibir tozağacı meşələrinin və cənubi sibir tayqasının, dağ çölləri, Çikoy çay hövzəsinin qorunması olmuşdur. Milli park federal əhəmiyyətli Burkal yasaqlığı və Asin yasaqlığının bazasında təşkil edilir.

Xüsusiyyətləri Milli park Xentey-Daur öndağlığı, Çikoy çayının hövzəsi və Bıstrinski Qoles silsiləsini (Barun-Şabartur, 2 519 m) əhatə edir.

Onun ərazisinə həmçinin Burkal və Asin yasaqlıqlarını əhatə edir. Xüsusi ilə Bıstrinski Qoles dağı, Lamski Qorodok qayalıqları, Şebetuy gölü.

Təbiəti Park ərazisində Sibir şamı və meşə şamı, Pinus pumila, qara şam, Sibir küknarı, ağ şam, yemişan, gəndəlaş, quşarmudu, ətirli qovaq, doqquzdon, eləcə də zanbaqkimilər, amarilliskimilər, paxlakimilər, cilkimilər, qırtıckimilər və digər fəsilələrə aid bitkilər bitir.

Fauna nümayəndələrindən sığın, izübr, Sibir cüyürü, qaban, müşk maralı, ayı, canavar, vaşaq, porsuq, Mustela sibirica, sincab, Lepus timidus, uçan sincab, Tetrao urogallus, adi bonazi tetrası, ağ kəklik, ördək yayılmışdır. Üstəlik sərçəkimilər, yarasalar, suda-quruda yaşayanlar, sürünənlər və digərlərinin bir çox növləri mövcuddur.

Xarici keçidlər Постановление о создании национального парка Про парк на сайте rulandinfo.ru

İstinadlar

Kateqoriya:Rusiya milli parkları Kateqoriya:2014-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Rusiyanın qorunan təbiət əraziləri Kateqoriya:Zabaykal diyarı