() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır.

Botaniki xarakteristikası 3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20–23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5–6 sm, eni 2–2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.

Ekologiyası İşıqsevən, quraqlığa və şaxtayadavamlıdır. Ətraf mühitin əlverişsiz amillərinə və davamlığına görə ağ akasiyaya oxşayır.

Azərbaycanda yayılması Mərkəzi Nəbatat bağında və Dendrologiya Institutunun təcrübə sahəsində intro-duksiya edilmişdir. Abşeron, Mərdəkan, Zaqatala, Balakən və Gəncədə park-bağlarda təsadüf edilir.

İstifadəsi Park və bağlarda əkmək üçün qiymətlidir. Aran rayonlarda suvarma tələb edir. Bol çiçək açır və meyvə verdiyi üçün respublikamızda bir çox rayonlarda yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Paxlakimilər (yarımfəsilə)