Bitçi Timsah Park və ya Bursa Böyükşəhər Stadionu — Türkiyənin Bursa şəhərində yerləşən idman stadionu. 24 fevral 2011-ci ildə Bursa Böyükşəhər Bələdiyyəsinin keçirdiyi tenderi Gintaş-ın qazanmasıyla başlayan layihədən sonra tikilən stadionun açılışı 21 dekabr 2015-ci ildə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilmişdir. Rams Park və Tüpraş Stadionu ilə birlikdə Türkiyədəki C90 görüş bucağına sahib üç stadiondan biri olan stadionun ümumi tutumu 43.361 nəfər təşkil edir.

Kateqoriya:2015-ci ildə yarananlar Kateqoriya:Türkiyə futbol stadionları Kateqoriya:Türkiyədəki idman qurğuları Kateqoriya:Türkiyə stadionları Kateqoriya:Bursa Kateqoriya:Çoxməqsədli stadionlar Kateqoriya:2015-ci ildə tamamlanmış idman tikililəri