Müqəddəs Əmanətlər və ya Əmanəti-mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.

Topqapı sarayının Qəbul otağında nümayiş etdirilən müqəddəs əmanətlər Xirqeyi-Səadət - Məhəmməd peyğəmbərə aid olduğu düşünülən əba Xirqeyi-Səadətin saxlanıldığı qızıl sandıq Qədəmi-Şərif - Məhəmməd peyğəmbərin ayaq izi Saqqalı-Şərif - Məhəmməd peyğəmbərin saqqalı Dəndani-Səadət - Məhəmməd peyğəmbərin Ühüd döyüşündə qırılan dişinin bir parçası Məhəmməd peyğəmbərin qəbir torpağı Mührü-Səadət - Məhəmməd peyğəmbərin möhrü Nali-Səadət - Məhəmməd peyğəmbərin səndəlləri Məhəmməd peyğəmbərin qılıncının qını Məhəmməd peyğəmbərin qılıncları Məhəmməd peyğəmbərin ox və kamanı Naməyi-Səadət - Məhəmməd peyğəmbərin yalançı peyğəmbərə göndərdiyi məktup Məhəmməd peyğəmbərin qızı olan Fatimənin səccadəsi, əbası və köynəyi Sancağı-Şərif Səhabəyi-Kiramın qılıncları Hacerül-Esvedin mühafizəsi Kəbənin qızıl su qabı Kəbənin açarı və qıfılları Kəbənin qapılarından biri Məscidül-Nəbinin maketi Məscidül-Əqsanın maketi Davud peyğəmbərin qılıncı İbrahim peyğəmbərin qazanı Musa peyğəmbərin əsası Yusif peyğəmbərin cübbəsi

Mənbə

Kateqoriya:İslam tarixi Kateqoriya:Topqapı sarayı