Vasili İvanoviç Abayev (; ) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası.
Həyatı
Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925).
Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib.
Elmi fəaliyyəti
Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər.
İstinadlar
Xarici keçidlər Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev. Osetin dilinin qramatik oçerki Vasili İvanoviç Abayev
Kateqoriya:İranşünaslar Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Gürcüstan uzunömürlüləri Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Rusiya arxeoloqları Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:Qafqazşünaslar Kateqoriya:SSRİ dilçiləri