Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir.
Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir.
Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır.
Siyahı Açar4Oyunçu 4 qol vurub5Oyunçu 5 qol vurub§Oyunçunun komandası məğlub olub +FİFA Dünya Kubokunun het-rikləri Sıra Oyunçu Qol dəqiqələri Komanda Nəticə Qarşı Turnir Raund Gün İst. . ', 15', 50' 3–0 1930 Birinci mərhələ . ', 17', 80' 6–3 1930 Birinci mərhələ . ', 67', 72' 6–1 1930 Yarımfinal . ', 29', 64' 7–1 1934 1/8 final . ', 70', 87' 5–2 1934 1/8 final . ', 71', 80' 3–1 1934 1/2 final . Ernest Vilimovski4 ', 59', 89', 118' 5–6 ə.v§ 1938 1/8 final . Leonidas ', 93', 104' 6–5 ə.v 1938 1/8 final . ', 37', 44' 8–0 1938 1/4 final . ', 81', 89' 8–0 1938 1/4 final . ', 45', 56' 8–0 1950 1/8 final . Ademir4 ', 36', 52', 58' 7–1 1950 Final Qrupu . ', 36', 50' 9–0 1954 Qrup 2 . ', 21', 24' 5–0 1954 Qrup 3 . ', 47', 57' 7–0 1954 Qrup 3 . 4 ', 21', 67', 78' 8–3 1954 Qrup 2 . ', 64', 70' 7–0 1954 Qrup 2 . ', 60', 77' 7–2 1954 Qrup 2 . Teodor Vaqner ', 27', 53' 7–5 1954 1/4 final . ', 19', 58' 5–7§ 1954 1/4 final . ', 30', 67' 7–3 1958 Qrup 2 . Pele ', 64', 75' 5–2 1958 1/2 final . 4 ', 36', 78', 89' 6–3 1958 Üçüncü yer oyunu . ', 6', 53' 6–1 1962 Qrup 4 . Eysebio4 ', 43' (pen.), 56', 59' (pen.) 5–3 1966 1/4 final . ', 98', 120' 4–2 ə.v 1966 Final . ', 52' (pen.), 88' 5–2 1970 Qrup 4 . ', 26', 39' 3–1 1970 Qrup 4 . ', 30', 81 9–0 1974 Qrup 2 . ', 34', 50' 7–0 1974 Qrup 4 . ' (pen.), 62', 79' (pen.) 3–0 1978 Qrup 4 . ' (pen.), 39' (pen.), 79' 4–1 1978 Qrup 4 . ', 72', 76' 10–1 1982 Qrup 3 . ', 57', 66' 4–1 1982 Qrup 5 . ', 26', 53' 3–0 1982 İkinci mərhələ . ', 25', 74 3–2 1982 İkinci mərhələ . ', 67', 80' 6–1 1986 Qrup E . ', 14', 34' 3–0 1986 Qrup F . ', 70', 111' (pen.) 3–4 ə.v§ 1986 İkinci mərhələ . 4 ', 56', 80', 88' (pen.) 5–1 1986 İkinci mərhələ . ', 61', 81' 3–1 1990 Qrup E . ', 63', 82' 4–1 1990 İkinci mərhələ . ', 44', 89' (pen.) 4–0 1994 Qrup D . 5 ', 41', 44' (pen.), 72', 75' 6–1 1994 Qrup B . ', 78', 83' (pen.) 5–0 1998 Qrup H . ', 25', 70' 8–0 2002 Qrup E . Pauleta ', 65', 77' 4–0 2002 Qrup D . ', 76', 80' 4–1 2010 Qrup B . ' (pen.), 45', 78' 4–0 2014 Qrup G . ', 31', 71' 3–0 2014 Qrup E 51.Kriştiano Ronaldo 4', 44', 88'Portuqaliya 3-3İspaniya 2018Qrup Mərhələsi15 iyun 201852.Harri Keyn22', 45+1', 62'İngiltərə 6-1Panama2018Qrup Mərhələsi24 iyun 201853.Gonçalo Ramoş17', 51', 67'Portuqaliya 6-1İsveçrə20221/8 Final6 dekabr 202254.Kilian Mbappe 80', 81', 118'Fransa3-3Argentina2022 Final18 dekabr 2022
Əhəmiyyətli Dünya Kuboku het-trikləri ABŞ-li Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi. 2006-cı ildə FİFA komanda yoldaşı Tom Florieyə aid olaraq görülən qolun əslində Bert Patenaude tərəfindən atıldığını qəbul etdi və Bert Patenaudenin ilk het-trik edən oyunçu olduğunu açıqladı. Dünya Kubokları tarixində iki dəfə het-trik edən 4 oyunçu var. Bunlar Sandor Koçsis (1954); Cast Fonteyn (1958); Gerd Müller (1970) və Qabriel Batistuta (1994, 1998)dır. Batistuta iki fərqli Dünya Kubokunda het-trik edən tək oyunçudur. Koçsis və Müller isə dalbadal iki matçda bu müvəffəqiyyətə çatan futbolçulardır. Oleq Salenko bir Dünya Kuboku matçında 5 qol vuran tək futbolçudur. Rusiya milli futbol komandasında oynayan Salenko bir matçda ən çox qol vuran futbolçu ünvanına FİFA Dünya Kuboku 1994-də Kameruna qarşı oynayarkən çatmışdır. Gillermo Stabile ilk dəfə milli forma geyindiyi oyunda 1930 matçında het-trik etmə müvəffəqiyyəti göstərmişdir. Üç futbolçu komandasının məğlub olduğu matçda het-trik etmişdir. Bu futbolçular: Ernest Vilimowski (5–6, 1938); Yosef Hügi (5–7, 1954) və İqor Belyanov(3–4, 1986)dur Bir matçda iki dəfə het-trik Dünya Kuboklarında üç dəfə reallaşmışdır. İkisi FİFA Dünya Kuboku 1938 matçlarında: İsveçin Kubanı məğlub etdiyi matçda Qustav Vetterström və Tore Keller üç qol atdı. Vetterström qollarının hamısını ilk hissədə atmışdır. 5 İyun 1938-ci ildə oynanılan Braziliya-Polşa matçında isə Braziliya adına Leonidas və Polşalı Ernest Vilimowski het-trik etmişlər. FİFA Dünya Kuboku 1954də Avstriyanın İsveçrəni məğlub etdiyi matçda hər iki tərəfdən Teodor Vaqner və Yosef Hügi het-trik etmişlər. right|thumb|Miroslav Klose bir maçtda üç dəfə kəllə ilə qol vuran iki oyunçudan biridir. Final matçlarında yalnız bir oyunçu bu müvəffəqiyyətə nail olmuşdur. İngiltərə milli futbol komandasından Geoff Hurst FİFA Dünya Kuboku 1966-da Almaniyaya qarşı 3 qol atmışdır. Ən erkən tamamlanan het-trik FİFA Dünya Kuboku 1954-də Erix Probst tərəfindən reallaşdırılmışdır. İlk iki qolu 4 və 21-ci dəqiqələrdə atan futbolçu 24-cü dəqiqədə 3-cü qolu da ataraq het-trik etmiş oldu. Birinci və üçüncü qol arasında ən qısa müddət olan het-trik isə FİFA Dünya Kuboku 1982-də Laszlo Kiss tərəfindən El Salvador komandasına qarşı edilmişdir. Kiss qollarını 69, 72 və 76-cı dəqiqələrdə vuraraq 7 dəqiqədə het-trik etmiş oldu. Laszlo Kiss eyni zamanda oyuna sonradan girib het-trik edən yeganə oyunçudur. Üç qolu da kəllə ilə atan iki oyunçu var. Bunlar: FİFA Dünya Kuboku 1990-da Tomaş Şukravi və FİFA Dünya Kuboku 2002-də Miroslav Klosedir. Dünya Kubokları tarixində ən gənc het-trik edən oyunçu 17 yaş və 244 günlük bu müvəffəqiyyətə çatan Peledir. Ən yaşlı futbolçu isə 33 yaş və 159 günlə Tore Kellerdir.
İstinadlar
Xarici keçidlər
Het-triklər