Anton Lange (1963-cü il 12 oktyabrda Moskva şəhərində anadan olmuşdur; həqiqi adı — Anton Leonidoviç Tamarin) — tanınmış rus fotoqrafı, fotorəssam.. Fərdi və kollektiv sərgilərin iştirakçısı, "Qızıl alma" mükafatı laureatı,
Tərcümeyi-halı Anton Lange 1985-ci ildə Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. O, 1989-cu ildə aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
1989-cu ildən 1992-ci ilədək Anton Lange Moskva Dövlət Universitetinin biologiya fakültəsində müəllim vəzifəsində işləmiş, eyni zamanda SSRİ-nin tanınmış fotoqraflarının assisenti olmuşdur. O, 1992-ci ildən ömrünü tamamilə fotoqrafiyaya həsr etmişdir.
Anton Lange 1992-ci ildən 1995-ci ilədək Fransada "Danone" firmasında fotoqraf işləmiş,, 1995-ci ildən Rusiyaya qayıtmışdır.
Sərgiləri 2007-ci il — "Anton Langenin gündəlikləri" 2008-ci il — "Q-STORIES: Bir gecənin səhnələri" 2008-ci il — "Rusiya qatarın pəncərəsindən" 2009-cu il — "Work"
İstinadlar
Kateqoriya:Rusiya fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:Moskvada doğulanlar