Müqəddəs Ruh kilsəsi () — Haydelberq şəhərinin köhnə hissəsində, daha doğrusu Bazar meydanının (de) tam mərkəzində və məşhur Haydelberq qəsrinin yaxınlığında yerləşən ən böyük və ən əhəmiyyətli dini tikilidir (şəhər meydanına kilsənin apsida hissəsi baxır). Səkkizbucaqlı qala istehkamları ilə birlikdə, kilsənin zəng qülləsi şəhər obrazını formalaşdıran və onun üzərində hökmranlıq edən ən mühüm elementlərdən biri hesab edilirHans Gercke: Heiliggeist – Mittelpunkt und Wahrzeichen. In: Gottfried Seebaß u. a. 2001, S. 116.. Qırmızı Nekkar qumdaşından inşa edilmiş qotik zal məbədi, özünün barokko üslublu günbəz, kiçik qüllə və nəfis damı sayəsində çağdaş memarlar tərəfindən "yüksək bədii sinfin tamamilə unikal quruluşu" adlandırılmışdırAnneliese Seeliger-Zeiss: Heidelberger Kirchenbaukunst. In: Elmar Mittler (Hrsg.): Heidelberg. Geschichte und Gestalt. Universitätsverlag C. Winter, Heidelberg 1996, ISBN 3-9215-2446-6, S. 209..

Kilsə 1398-ci ildən 1515-ci ilə qədər Pfalts kurfürstlərin məqbərəsi və həmin sülaləyə məxsus iqamətgahın təmtəraqlı kilsəsi olaraq yüksəldilirdi. Pfalts mirası uğrunda gedən müharibənin gedişatı zamanı kilsə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmış, dəfn yerləri isə talan edilmişdir. Məhz buna görə də, indiyədək kilsə sərdabəsində ancaq kurfürst III Ruprextin qəbiri mühafizə olunmuşdur (bundan başqa, Vittelsbax sülaləsinin nümayəndəsi olmuş III Ruprextin hakimiyyəti dövründə kilsə binasına xor otaqları əlavə edilmişdir). Kilsə həmçinin Palatin kitabxanasının ən birinci saxlanğıc yeri kimi də məşhurdur. Onun tarixi Haydelberq şəhərinin ziddiyyətli tarixi ilə sıx bağlıdır.

1706-cı ildən düz 1936-cı ilə qədər kilsə qalın divarla iki hissəyə bölünmüşdü — nef hissəsi protestantlar, xor otaqları isə katoliklər üçün xidmət göstərirdi. 1936-cı ildə isə, kilsə birdəfəlik Baden yevangelist birliyinin () tabeliyinə keçir.

Kilsə icması əvvəlcə Roma-Katolik kilsəsinə mənsub idi, lakin kilsə tarixi boyunca on dəfədən çox məzhəblərini dəyişib. 300 illik bir müddət ərzində kilsənin nefi və xoru ara-sıra divarla ayrılıb və bu da həm katoliklərin, həm də protestantların eyni vaxtda kilsədə ibadət etməsinə imkan verib. Divar sonda 1936-cı ildə sökülüb və icma indi yalnız protestantdır. Hazırda o, Heydelberq Yevangelist Kilsəsinin tərkibindədir və Almaniya Protestant Kilsəsinin bir hissəsidir.

Tarix

Kilsənin hüquqi vəziyyəti Keçmişdə Müqəddəs Ruh kilsəsi kilsəvi-hüquqi mənada şəhərin daha qədim dini tikilisi sayılan Peterskirxa kilsəsinə tabe edilmiş kapella idi. Kurfürst Ruprext Haydelberq Universitetinin əsasının qoyulması ilə birlikdə Roma papasından Müqəddəs Ruh kilsəsinin Peterskirxa tabeliyindən çıxarılmasına və onun ayrıca kollegial kilsə () statusunu qədər yüksəldilməsinə nail olmuşdur. Başlanğıcda başqa kilsələrin tərkibində fəaliyyət göstərmiş prebendarilər (Prebendarilər prebendanın köməyi ilə, öz kilsə vəzifələrindən gəlir hüququnu və fərqli maddi nemətləri əldə edirdilər) çox keşmədən Müqəddəs Ruh kilsəsinə köçürülmüşdülər; təsis edilmiş Universitetin yeni professorları, eyni zamanda kilsədə ibadət edən kanoniklər idilər və bu təbii ki, gənc Universitetin maliyyələşdirilməsinə böyük imkanlar yaradırdı. 1413-cü ilə kimi Baden və Pfalts kollegiat kilsələrinin bütün təşkilati işləri başa çatdırılmışdır. Eyni zamanda Müqəddəs Ruh kilsəsi köhnə şəhər üçün prixod kilsəsi kimi işləyirdi, yaxınlıqdakı Peterskirxa isə əksinə, üzərinə düşən identik funksiyaları şəhərin yalnız yeni salınmış rayonları üçün yerinə yetirirdi (1392-ci ildə şəhər sərhədlərinin genişlənilməsindən sonra, yeni yaradılmış rayona indiki Köhnə şəhərin bir hissəsi daxil edilmişdir). Kurfürst Otthaynrix (en) öz yeni vəzifəsinə keçdikdən dərhal sonra kollegial kilsəni ləğv edir və onun bütün əmlakını universitetə bağışlayır. Bundan sonra Ruh kilsəsi protestant (lüteran) prixod kilsəsinə çevrilir. thumb|351x351px|Müqəddəs Ruh kilsəsi gecə saray bağından fotoşəkil çəkdirdi Müqəddəs Ruh kilsəsi yarandığı dövrdən bəri Haydelberq Universiteti ilə sıx bağlı idi və bu hədisə mütəmadi olaraq o dövrün kilsə messaları ilə anılırdı. Sonrakı yüzilliklərə Müqəddəs Ruh kilsəsi universitet kilsəsi olaraq qalırdı, onun əsas giriş qapısı isə məlumat tablosu kimi istifadə olunurduKöhler 2006, Seite 4. XIX əsrdə universitet kilsəsinin funksiyası Peterskirxaya verilmişdir.

İnşaat tarixi 230px|thumbnail|right|Jak Fuqyeresin 1618-ci ilə aid Haydelberq təsvirində Müqəddəs Ruh kilsəsinin görünüşü Müqəddəs Ruha həsr edilmiş və Haydelberqin Bazar meydanında yerləşən kilsənin adı ilk dəfə 1229-cu ildə, Şönau monastırında saxlanılan bir sənəddə xatırlanırdıRichard Benz: Heidelberg. Schicksal und Geist. Jan Thorbecke Verlag Sigmaringen, 2. Auflage 1975, ISBN 3-7995-4008-3, S. 49. Onun sonrakı yada salmaları 1353 və 1358-ci il tarixləri ilə müəyyən edilmişdirWolfgang von Moers-Messmer: Heidelberg und seine Kurfürsten. Die große Zeit der Geschichte Heidelbergs als Haupt- und Residenzstadt der Kurpfalz, Ubstadt-Weiher 2001, ISBN 3-89735-160-9, S. 11.

1936-cı ildə aparılan qazıntı işlərinin gedişatı zamanı, bir zamanlar (yəni 1299-cu ilə kimi) bazilika funksiyasını yerinə yetirmiş roman üslublu kilsə binasında apsidanın qalıqları aşkar edilir. 1300-cü illərdəKöhler 2006, S. 14, hətta ola bilsin ki, 1278–1288-ci illərdə kilsə üçnefli gecikmiş roman və ya qotik forma almışdırWolfgang von Moers-Messmer: Heidelberg und seine Kurfürsten. Die große Zeit der Geschichte Heidelbergs als Haupt- und Residenzstadt der Kurpfalz, Ubstadt-Weiher 2001, ISBN 3-89735-160-9, S. 12Anneliese Seeliger-Zeiss: Heidelberger Kirchenbaukunst am Beispiel der Heiliggeistkirche. In: Gottfried Seebaß u. a. 2001, S. 27. Bu kilsə indikindən iki dəfə balaca idi. 1886, 1936–1942-ci illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı bu faktlar yaxşı sənədləşdirilmişdirKöhler 2006, S. 15. Bu yenidən qurmanın səbəbi kimi, kilsədə baş vermiş dəhşətli yanğın və ondan öncə baş vermiş daşqın hadisələri göstərilir.

1398-ci ildə kurfürst III Ruprext yeni və işıqlı zalların xeyrinə köhnə xorlardan imtina etdi. Kurfürst I Ruprextin hakimiyyəti dövründə dövlətin əvvəlki mərkəzləri, yəni Baxarax, Altsay və şəhərləri öz siyasi əhəmiyyətini itirilərAndreas Cser: Kleine Geschichte der Stadt und Universität Heidelberg. Karlsruhe 2007, ISBN 978-3-7650-8337-2, S. 19f. Davon, dass Heidelberg zur Zeit Ruprechts I. Residenzstadt war, spricht auch Meinrad Schaab: Geschichte der Kurpfalz. Band 1, 2. Auflage, Stuttgart 1999, ISBN 3-17-015673-X, S. 112, 120, Haydelberq isə yeganə kurfürst iqamətgahı olaraq seçilir və buna görə də o, öhdəsinə qoyulmuş yeni və kifayət qədər nüfuzlu statusa uyğun olmalı və xüsusi bir hal kimi, Pfalts hökmdarlarının ləyaqətli məqbərəsi kimi xidmət etməyə özünə borc bilən nümayəndəlik kilsəsinə malik olmalı idi. III Ruprext "Roma kralı" titulunu əldə etdikdən sonra, kilsənin nümayəndəlik funksiyası xüsusən əhəmiyyətli oldu, onun xor otaqları isə lazım olan anda onun qəbirini qəbul etməli idilər. Xor otaqları 1410-cu ilə kimi, ehtimal ki, buna artıq hazırlanmışdılar. 200px|thumbnail|left|Kilsənin Haydelberq qəsrindən görünüşü Nefin tikintisi başlanğıcda planlaşdırılmırdı. Köhnə və kiçik neflə yüksək və reprezentativ xorlarının bu cür uyğunluğunu hal-hazırda Nürnberq şəhərinin ən böyük dini abidəsi sayılan Müqəddəs Sebald kilsəsində də görmək olar. Kurfürst III Lüdviqin hakimiyyət dövründə xorlarla eyni hündürlükdə olacaq nefin inşaat işlərinə start verilir (onların tikintisi 1441-ci ildə başa çatmışdır). Beləliklə, kilsəninn xor və nef hissələri eksteryer baxımından bir-birinə uyğunlaşmağa başladı. Çox güman ki, məhz həmin dövrdə də qərb qülləsinin tikinti işlərinə başlanılır (tikinti işləri fasilələrlə düz 1508-ci ilə qədər aparılırdı). Ehtimala görə, tamamlanmış kilsə qülləsini iti uclu və qotik üslublu hündür konik qübbə və şpil bəzədiyirdiMarlis Keller: Die Heiliggeistkirche. Ein Spaziergang zum Kennenlernen. in: Gottfried Seebaß u. a. 2001, S. 125.

Tikinti işlərinin sərəncamçısı () qismində yazılı mənbələr o zamanlar Haydelberq şəhərinin burqomistri olmuş Arnold Ripin () adını qeyd edirlər. O dövrün sözişlətimində Baumeister sözü memar ifadəsini deyil, daha çox maliyyə koordinatoru mənasını verirdi. Müqəddəs Ruh kilsəsinin memarlarından yalnız, 1426-cı ilə kimi fəaliyyət göstərmiş Hans Marks () və 1439-cu ilə kimi kilsənin interyerlərinin tərtibatına rəhbərlik etmiş Yorq məlumdur. Onların hər ikisi, çox güman ki, nef üzərində gedən inşaat işlərinə nəzarət edirdilər. hakimiyyət illərində, Maynts şəhərindən qüllələrin tikintisi üzrə məşhurlaşmış bir mütəxəssis, yəni Niklaus Ezeler () dəvət edilir. Zəng qülləsinin tikintisi üzrə işlərin çox hissəsinin məhz Niklaus tərəfindən həyata keçirildiyi güman edilir (bununla belə, qüllə Lorents Lexler adlı başqa bir mütəxəssis tərəfindən tamamlanmışdır).

22 may 1693-cü ildə, Pfalts mirası uğrunda gedən müharibə hadisələrinin gedişatı zamanı, kilsə ciddi dağıntıya məruz qalır. Fransız qoşunları, böyük sayda insanı kilsənin içərisinə salaraq, giriş qapılarını möhkəm bağlayır və kilsəyə od vururlar. Yalnız tir və balkaların dağılması başlayınca, gənc protestant keşişi Yohann Daniel Şmidtmannın () xahişi ilə qaPılar açılır və insanlar azadlığa buraxılır, lakin bunun ardından baş vermiş basabas nəticəsində çoxlu insan həlak olmuş və ya ciddi xəsarətlər almışdılar; sağ qalmış şəhər sakinləri kilsəni qarət edən fransız soyğunçularının təhqirlərinə dözməli olurlarOliver Fink: Kleine Heidelberger Stadtgeschichte. Regensburg 2005, ISBN 3-7917-1971-8, S. 72f..

1698–1700-cü illərdə kilsə damı Almaniyanın mansard damlarından ən köhnəsi hesab edilən və o dövrdə dəbdə olan qırıq formada bərpa edilmişdirAlexander Wiesneth: Eines der frühesten Mansarddächer Deutschlands. Anmerkungen zum Dachwerk der Heiliggeistkirche in Heidelberg, in: Frieder Hepp und Hans-Martin Mumm (Hrsg.): Heidelberg im Barock. Der Wiederaufbau der Stadt nach den Zerstörungen von 1689 und 1693, Heidelberg 2009, ISBN 978-3-88423-323-8, S. 181. 1709-cu ildə qüllə özünün yadelli barokko günbəzini əldə edirKöhler 2006, S. 17. Elə həmin dövrdə də həyata keçirilmiş rekonstruksiya işləri zamanı yan və künc kapellalar aradan qaldırılır.

1978-ci ildən 1985-ci ilə qədər kilsənin genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir və bu işlər çərçivəsində binanın ilkin rəng çalarları bərpa edilir.

Təsvir

Memarlıq Müqəddəs Ruh kilsəsi Nekkar çayının sahillərində çıxardılmış və səliqəli şəkildə yonulmuş qumdaşı materialı ilə inşa edilmişdirKöhler 2006, S. 18. Zal otağını dolayan xorlar üçnefli əlavə emporik zalla birləşdirilmişAnneliese Seeliger-Zeiss: Heidelberger Kirchenbaukunst am Beispiel der Heiliggeistkirche, in: Gottfried Seebaß u. a. 2001, S. 29 və Cənubi Almaniya ərazisində nadir hallarda rast gəlinən bütöv mansardlı damla örtülmüşdürKöhler 2006, S. 16. Yan və künc nef otaqlarının arasında yerləşən keçid hissəsi kapitelsiz, zərif və yumru sütunların və altı tağ sırasının köməyi ilə yaradılmışdırKöhler 2006, Seite 20. Kilsənin ümumi sahəsi vahid xaçvari və qabırğalı qübbə ilə örtülmüşdür.

Şimal emporası cənuba nisbətən daha aşağı səviyyədə yerləşirAnneliese Seeliger-Zeiss: Heidelberger Kirchenbaukunst am Beispiel der Heiliggeistkirche, in: Gottfried Seebaß u. a. 2001, S. 30. Maraqlısı budur ki, künc nef otaqları mərkəzi nefə nisbətən daha genişdir, məhz bunun sayəsində kurfürst III Lüdviqin kitabxanası buraya yerləşdirilmişdir. Onun başqa bir xüsusiyyəti isə, əsas vizual oxunun kontrforslar vasitəsilə yönəldilməsidir (başqa kilsələrdə əsas ox adətən pəncərələrin vasitəsilə xor odalarına yönəldilirdi). Oxun yerdəyişməsi kimi və buna bənzər cəsarətli motivlər tez-tez Parler məktəbinə aid olan memarlıq tikililərində rast gəlinir. Kilsənin inşaat tarixinin xüsusiyyətlərinə nəzər yetrisək, orta nef, xorlar və tağların bir-biri ilə olduqca ahəngdar şəkildə yaradıldığını görə bilərik.