Herbert Lionel Adolf Hart () — Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi. O, Oksford Universitetinin hüquq professoru olmuşdur. Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) . Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi. O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur.

Həyatı H. Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir. Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi. Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi. Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi. O, Çelenthem Kollecində, Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır.

Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.

İstinadlar

Kateqoriya:XX əsr İngiltərə yazıçıları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:XX əsr filosofları Kateqoriya:Britaniya filosofları Kateqoriya:Yəhudi filosoflar