Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi.
Məzmun 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.
Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.Cəvahir. Milli kinomuzun tarixi — "Bibiheybətdə neft fontanı": [Bakılı Aleksandr Mixayloviç Mişonun eyni adlı sənədli filmi] //Mərkəz.- 2008.- 2 avqust.- S. 2.
Həmçinin bax Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
İstinadlar
Kateqoriya:1898-ci ildə Azərbaycan Kateqoriya:1898-ci ildəki hadisələr Kateqoriya:27 iyuldakı hadisələr Kateqoriya:Azərbaycandakı yanğınlar Kateqoriya:XIX əsrdə Bakı