Dəniz inəkləri və ya Hidrodamalislər () — Dyoqonlar fəsiləsinə, Sirenlər dəstəsinə daxil olan və nəsli kəsilmiş məməli cinsi. Əsasən Sakit okeanın şimal hissəsində miosen və qolosen epoxalarında yaşamışlar. Bu cinsə iki növ daxildir.
Xariçi görünüşü Dəniz inəkləri böyük ölçülərə malik olmuşlar. Onların uzunluğu 7-10 metr və 4-10 ton çəkiyə malik olmuşlar. Bütün Balinakimilərdə olduğu kimi dəniz inəklərinin quyruqları bu quruluşda olmuşlar. Ləng olmalarına baxmayaraq bədənlərini fırlada bilirdilər.
Bu calıların üst dodaqları sallanmış formaya malik olmuşdur. Sanki xortumubxatırladırdı. Bu canlılarda demək olar ki, diş olmamışdır. Dişləri bərkimiş damağ əvəz edirdi. Hidrodamalis Kuesta növünün isə embirionlarında dişlər aşkarlanmışdır. Kəlləlıri olduqca bərk olmuşdur. Yayılması və yaşayış yerləri
Hidrodamalislər Yaponiyadan Kaliforniya sahillərinə qədər olan ərazilərdə yayılmışlar. Onlar üçün dayaz və sakit suların olması vacib olmuşdur. Üstəlik ərazidə zəngin yosun ehtiyatının olmasıda şərt idi. Ola bilsin ki, bu canlıların bu tip həyat sürməsində (dayazlıqlarda yaşaması) Köpək balığı və güclü dalğalardan qorunması ilə əlaqədar olmuşdur.
Həyat tərzi Hidrodamalislər olduqca ləng və sülhsevər canlılar olmuşlar. Ömürünün böyük hissəsi dayazlıqlarda yaşayırlar. Əsasən dəniz yosunları ilə qidalanırlar. Onlar əsasən ailələr şəklində yaşayırdılar. Onların dərin sularda üzməsi mümkün deyildir.
Növləri † Hidrodamalis Kuesta (Hydrodamalis cuestae) † Dəniz inəyi (Hydrodamalis gigas)
İstinadlar
Xarici keçidlər Məməlilərin əsri — Hidrodamalis
Həmçinin bax
Kateqoriya:Sirenlər Kateqoriya:Nəsli kəsilmiş dəniz məməliləri Kateqoriya:Dəniz inəkləri Kateqoriya:1500-cü ildən sonra nəsli kəsilmiş heyvanlar Kateqoriya:Məməlilərin cinsi