Bağırov körpüsü — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir.

Tarixi Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.

Təmiri 200px|thumb|left

Yenidən qurulması 2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:1950-ci illərdə yarananlar Kateqoriya:Azərbaycanın dəmir yolu körpüləri