Malik Xizir oğlu İsaqov () — Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı Malik İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir.

1974–1976-cı illərdə hərbi xidmətdə olmuşdur.

Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışmışdır. 1984–2001-ci illərdə zavodun direktoru olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2001-ci il tarixli Sərəncamı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Ailəlidir. 2 övladı var.

İstinadlar

Kateqoriya:Qubadlı Rayon İcra Hakimiyyətinin başçıları