— Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı.

Məzmun

Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur.

Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur.

Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir. Haqumi istedadlı rəssamdır və Takemotonan Morita dərhal ona vurulurlar. Hər ikisi haqumiyə qarşı hisslərini fərqli bildirirlər: Morita öz ağlasığmaz layihələrində iştirak etməyi məcbur etməklə onu qorxudur, Takemoto isə hisslərini ona dost olmağa çalışaraq gizlədir.

Üçlüyün sonuncusu Mayama isə çoxdan professorun köhnə dostu olan Rika Haradaya vurulub. "Harada design" şirkətinin başçısı olan Rika avtomobil qəzasında həyat yoldaşını itirib və Mayamanın hisslərinə ağır zərbə yetirəcəyindən qorxaraq onu özündən uzaqlaşdırmaq çalışır. Mayamaya qarşı hisslər keçirən biridə var - bu, Mayamaya cavabsız vurulan, lakin onun özünə qarşı yalnız dost hissləri keçirən bədii kollecin başqa bir tələbəsi Ayumi Yamadadır.

Keçidlər Əsas keçidlər Anime serialın rəsmi saytı Serialın səhifəsi J.C.Staff stiduyasının saytında. «Hachimitsu to Clover» manqasının səhifəsi Verilənlər bazasında

Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Komediya-drama anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Ən yaxşı şoco manqasına görə Kodansha mükafatı qalibləri Kateqoriya:2006-cı ilin anime serialları Kateqoriya:İncəsənət haqqında anime və manqalar Kateqoriya:Yaponca filmlər Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar Kateqoriya:Shueisha manqaları