Strateji Əməkdaşlıq Sazişi — Azərbaycan və Türkiyə arasında, Azərbaycan adına prezident İlham Əliyev və Türkiyə adına prezident Abdullah Gül tərəfindən imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək andlaşması. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə "bütün imkanlarını istifadə edərək" hücuma uğrayan ölkəni dəstəkləyəcək.

Məzmunu Razılaşmanın 23 maddə və beş hissədən ibarətdir: "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq" və "Ortaq və Son müddəalar". MADDƏ I,

MƏQSƏD

Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə hərbi maliyyə əməkdaşlığına əsasən 2.495.500 (iki milyon dörd yüz doxsan beş min beş yüz) Türk Lirəsinə bərabər ABŞ dolları həcmində vəsait ayıracaqdır. Türkiyə tərəfindən ayrılacaq vəsait 2011-ci ildən etibarən 31 dekabr 2015-ci il tarixə qədər istifadə ediləcəkdir. 3.220.000 (üç milyon iki yüz iyirmi min) Türk Lirəsinə bərabər ABŞ dolları ilə maddi-texniki təminat yardımı iki ölkənin səlahiyyətli şəxsləri arasında bu Sazişə istinadən ayrıca imzalanacaq Maddi-Texniki Təminatın Tətbiqi Protokolu əsasında həyata keçiriləcəkdir.

MADDƏ II

ƏHATƏ

2.495.500 (iki milyon dörd yüz doxsan beş min beş yüz) Türk Lirəsinə bərabər ABŞ dolları həcmində vəsait Azərbaycan Respublikası Hökumətinin Türkiyədən satın alacağı Müdafiə Sənayesi məhsulları və xidmətlərinin dəyərinə maliyyə töhfəsi verilməsi şəklində və Türkiyə Respublikası Hökumətinin bu xüsusdakı mövcud qaydalarına müvafiq olaraq ayrılacaqdır.

MADDƏ III SƏLAHİYYƏTLİ  ORQANLAR  VƏ ƏLAQƏ NÖQTƏLƏRİ

Bu Saziş, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Türkiyə Respublikası adından Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Bu Saziş üçün əlaqə nöqtələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Ankara hərbi attaşeliyi və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Bakı Silahlı Qüvvələr Attaşeliyidir,        

MADDƏ IV

TƏTBİQİN ƏSASLARI

2.495.500 (iki milyon dörd yüz doxsan beş min beş yüz) Türk Lirəsinə bərabər ABŞ dolları həcmində vəsait, Azərbaycanın Türkiyədən müdafiə sənayesi məhsullarını satın alması halında:

a. Alman əmlakın qiyməti 3.119.375 (üç milyon yüz on doqquz min üç yüz yetmiş beş) Türk Lirəsinə bərabər ABŞ dollarından artıq olduqda, 3.119.375 (üç milyon yüz on doqquz min üç yüz yetmiş beş) Türk Lirəsinə bərabər ABŞ dollarının 80%-nin,

b. Alman əmlakın qiyməti 3.119.375 (üç milyon yüz on doqquz min üç yüz yetmiş beş) Türk Lirəsinə bərabər ABŞ dollarından az olduqda isə, əmlakın qiymətinin 80%-nin müdafiə sənayesi məhsulu tədarük edilən firmaya maliyyə vəsaiti ilə ödənmək surəti ilə istifadə ediləcəkdir.

Ödəmələr Azərbaycanın Türk müdafiə sənayesi firması ilə kontrakt imzalamasının ardınca kontraktın şərtlərinin yerinə yetirilib əmlak və ya xidmətin təhvil alındığının Azərbaycan tərəfindən bildirilməsindən sonra Milli Müdafiə Nazirliyi tərəfindən aidiyyəti firmaya ediləcəkdir.

MADDƏ V

MAL VƏ XİDMƏTLƏRDƏN İSTİFADƏ HAQQI

Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökumətinin əvvəlcədən razılığım almadan mal və xidmətlərin özünü və ya onlardan istifadə haqqını başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə razılaşmışdır.

MADDƏ VI

DİGƏR MƏSƏLƏLƏR

Bu Sazişin tətbiqi zamanı meydana çıxan/qarşılaşılan və Sazişdə tənzimlənməyən məsələlər barədə preambulada istinad edilən Sazişlərin müddəaları əsas götürüləcəkdir.

Bu Sazişin tətbiqi zamanı meydana çıxa biləcək ziddiyyətlər ikitərəfli danışıqlar yolu ilə həll ediləcəkdir. Ziddiyyətlərin həll edilə bilinməməsi halında, ziddiyyət mövzusunda üçüncü bir şəxsə, quruma, arbitraja və ya beynəlxalq məhkəməyə müraciət olunmayacaqdır.

MADDƏ VI

QÜVVƏYƏ MİNMƏ, LƏĞV EDİLMƏ, MƏTN VƏ İMZA

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri hüquqi prosedurların başa çatması haqqında Tərəflərin bir-birinə diplomatik kanallarla bildirdikləri sonuncu yazılı bildirişin-alındığı tarixdən-qüvvəyə minəcəkdir.

Bu Sazişlə Azərbaycan Respublikası Hökuməti, Türkiyədən təqdim olunan vəsaitlə aldığı müdafiə sənayesi məhsullarının inventardan çıxarılması nəticəsində əldə edəcəyi gəliri Türkiyəyə verməyi qəbul edir.

Bu Saziş, Azərbaycan tərəfindən alınan mal və xidmətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inventarından çıxarılması və təəhhüd edilən payın Türkiyəyə verilməsinə qədər qüvvədə qalacaqdır.

Bu Saziş, iki əsl nüsxədə, hər biri eyni qüvvəyə malik olmaqla, Azərbaycan, Türk və İngilis dillərində hazırlanmış, hər hansı bir anlaşılmazlıq yarandığı təqdirdə İngilis dilində olan mətn əsas götürüləcəkdir.

Bu Saziş, “16” dekabr 2010-cu il tarixdə Ankara şəhərində Türkiyə Respublikası öz hökumətləri tərəfindən lazımi şəkildə səlahiyyətləndirilən və altında imzaları olanların şahidliyində imzalanmışdır.[https://e-qanun.az/framework/21190 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI}} Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.Turkish parliament ratifies Turkish-Azerbaijani inter-governmental agreements

Ayrıca bax Azərbaycan–Türkiyə münasibətləri

İstinadlar

Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:2010-cu ildə Azərbaycan Kateqoriya:2010-cu ildə Türkiyə Kateqoriya:Azərbaycan–Türkiyə münasibətləri Kateqoriya:Müqavilələr