Emil İsrafilbəyov və ya Emil Baku ( 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİ — 18 yanvar, 2016) — Azərbaycan boksçusu.

Həyatı Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.

"Emil Baku" adı altında uğurlar qazanan boksçu beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.Lakin uzun çəkən xəstəlikdən sonra 2016-cı ildə vəfat etdi.

Boks karyerası Emil İsrafilbəyov - karyerası boyu 24 döyüş keçirib və onların ikisində məğlub olub. 2003.09.16 - Tokunbo OlajideMəğlub2003.05.10 - Cardyl FinleyQalib2002.01.17 - Shakir Ashanti2001.08.17 - Ronald Weaver2000.09.15 - Anthony Perry2000.06.23 - Derrick GrahamMəğlub2000.04.28 - Floyd WeaverQalib2000.03.24 - Anthony Ivory2000.02.29 - Scott Sala1999.12.01 - Darryl Lattimore1999.10.01 - Rick Edson1998.06.25 - Alonzo Brown1998.03.26 - Benji Singleton1998.03.10 - Richard Grant1997.10.29 - Robert Muhammad1997.09.12 - Ken Blackston1997.08.07 - Julio Jimenez1997.04.08 - Bernard Robinson1997.03.13 - Jim Maloney1997.01.23 - Leon Rouse1995.12.19 - Michael Jackson1995.12.09 - John Brown1995.11.30 - Curtis Alston1995.11.11 - Travis Clybourn

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları