Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu.

Həyatı Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.

1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.

Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.

Nardaran qəsəbəsində Sahibəz Zaman mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.

Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.

2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da, elə həmin gün də sərbəst buraxılıb.

Onlarla kitabı, yüzlərlə məqaləsi dərc edilib.

Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub.

Fəaliyyəti

Kitabları "Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi" "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşünaslıq"

Məqalələri

Mətbuatda

YouTube-da izlə YouTube-da izlə

İstinadlar

Həmçinin bax Hacı Cavad məscidi Hacı Şahin Hacı Ramil

Xarici keçidlər

(YouTubeda izlə)

Kateqoriya:Hacılar