Milan Kundera (; ) — Çexiya yazıçısı.
Həyatı Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib.
M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb. Həmin vaxt nəsrlə ciddi məşğul olan Milan Kunderanın novellaları, romanları və esseləri müəllifə böyük şöhrət qazandırıb. "Gülməli əhvalat" (1963–1968) novellalar toplusu, "Zarafat" (1965), "Burda olmayan həyat" (1973), "Gülüş və yaddaş kitabı" (1978), eyni zamanda "Mövcudluğun dözülməz yüngüllüyü", "Ölməzlik", "Arxayınlıq" romanları onu dünya ədəbiyyatının nəhəng simaları sırasına çıxarıb.
M. Kundera nəzəriyyəçi kimi də çox məşhurdur. O, yazdığı esselərində öz romanları barədə mülahizələrini söyləyir. Oxuculara təqdim elədiyimiz bu esseni müəllif "romanlarında olan başlıca sözlər və roman estetikasının başlıca sözləri" adlandırıb.
Biblioqrafiya
Poeziya "İnsan: Böyük bağ" (, 1953) "Sonuncu may" (, 1954–1955–1961) "Monoloqlar" (, 1957–1964–1965)
Pyeslər "Açarların sahibləri" (, 1962) "Hədəfdən yayınma" (, 1966) "İki dedi-qodu, iki toy" (, 1968) "Jak və onun ağası" (, 1971)
Novellalar toplusu "Gülməli əhvalat" (, 1969) текст
Romanları "Zarafat" (, 1965) "Burda olmayan həyat" (, 1969 — 1970) "Vidaya görə vals" (, 1970–1971) "Gülüş və yaddaş kitabı" (, 1978) "Mövcudluğun dözülməz yüngüllüyü" (, 1984) "Ölümsüzlük" (, 1990) "Arxayınlıq" (; , 1994) "Əsillik" (; , 1998) "Cəhalət" (; , 2000) "Görünməzlik bayramı" (фр. La Fête de l’insignifiance, 2013)
Esselər İrsi mübahisə (1955) Roman sənəti (1960) Çex razılaşması (1968) Радикализм и эксгибиционизм (1969) Oğurlanmış Qərb və yaxud Mərkəzi Avropanın faciəsi (1983) Roman sənəti (L’art du Roman) (1985) Vəsiyyətin pozulması (Les testaments trahis) (1992) Pərdə (Le Rideau) (2005) Görüş (Une rencontre) (2009)
İstinadlar
Kateqoriya:Çexiya yazıçıları Kateqoriya:Fransa yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XXI əsr Fransa qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Dramlar Kateqoriya:Fransa esseistləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Mədəniyyət filosofları