Günel Mövlud () — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi.
Həyatı Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub.
2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir.
Tərcümələri Viktor Pelevin. Omon Ra (roman). Mariya Matios. Qiyamət günü (hekayə). Tatyana Tolstaya. Sevimli Şura (hekayə). Tatyana Tolstaya. Peters (hekayə). Qabriel Qarsiya Markes. Yüz ilin tənhalığı (roman). Haruki Murakami. Norveç meşəsi (roman). Stendal. Qırmızı və qara (roman). Vera Tulyakovanın xatirələri Soljenitsin. İvan Denisoviçin bir günü
Filmoqrafiya Yalan (film, 2005) Buqələmun (film, 2012)
İstinadlar
Xarici keçidlər Günel Mövlud
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları