Cobra Müasir İncəsənət Muzeyi (Niderland dilində:Cobra Museum voor Moderne Kunst Amstelveen) — Niderlandın paytaxtı Amsterdam şəhərində bədii muzey. Muzey Sandberqpleyn 1 ünvanında yerləşir. Muzeyin daimi eksponatları siyahısına "KoBrA" qrupuna daxil olan müasir Niderland rəssamlarının əsərləri daxildir.

Muzeyin kolleksiyasına Kapel Appelin, Gilom Kornelis van Beverloo və Yan Sirxeysin rəsm əsərləri də nümayiş etdirilir. Muzeyin həyətində 1995-ci ildə Şinkit Tadziri tərəfindən yapon bağı yaradılmışdır. Muzeydə, həmçinin vaxtaşırı xarici avanqardist rəssamların əsərlərindən ibarət sərgilər də təşkil olunur.

Muzeyin binası arxitektor Vim Kvist tərəfindən layihələnmişdir. Muzey öz fəaliyyətinə 8 noyabr 1995-ci ildə başlamışdır. Muzeyin açılışı 1948-ci il 8 noyabrda "KoBrA" qrupunun əsasının qoyulmasının ildönümünə təsadüf etmişdir. Hər iki ildən bir Niderland avanqardist rəssamlarının təltif olunması üçün 10 000 evro məbləğində mükafat təqdim olunur. 2009-cu ildə muzey Niderland Əlillər cəmiyyətinin mükafatı ilə təltif olunmuşdur. Xariçi keçid Официальный сайт Музея современного искусства «КоБрА» Mənbə Michael Baumgartner (Redaktion): Klee und Cobra - ein Kinderspiel (anlässlich der Ausstellung Klee und Cobra - ein Kinderspiel). Verlag Hatje Cantz, Ostfildern 2011. ISBN 978-3-7757-2982-6 (In deutscher, englischer, dänischer und niederländischer Sprache).Klee en Cobra-Ausstellung 2012 im Cobra Museum . Niederländisch, abgerufen am 24. Februar 2013 John Vrieze: Cobra museum voor moderne kunst. Uitgeverij De Jonge Hond, Den Haag 2007. ISBN 978-90-89100-02-3 Willemijn Stokvis: COBRA. Eine internationale Bewegung in der Kunst nach dem 2. Weltkrieg. Braunschweig 1989, ISBN 3-07-509200-2 Mənbə Kateqoriya:Amsterdam muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:1995-ci ildə yaradılmış muzeylər