Şaq qayalıqları (, ) — 7 yaşayışı olmayan kiçik adalardan ibarətdir. Atlantik okeanının cənubunda Skotia dənizi yerləşən arxipelaq.
Mənsubluğu Adalar mübahisəli ərazi sayılır. Arxipelaq Böyük Britaniyanın Britaniya dəniz əraziləri Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxil edilir. Bununla belə Argentina adaları öz ərazisi hesab edir. Odlu Torpaq, Argentida və Cənubi Atlantida adaları vilayəti daxil edildiyi bildirilir.
Coğrafiya Şaq qayalıqları Cənubi Georgiyadan 232 km şimal-qərbdə, Folklend adalarından min km, Odlu Torpaq adasından isə 1,2 min km aralıda yerləşir. Şaq qayalıqlarından 16 km cənub-şərqdə tənha Blək qayası yerləşir. Bu qayanı bəzən arxipelaqa daxildir.
Şaq qayalıqları Skotiya tavasında Cənubi Antil silsiləsinin suyun səthinə çıxdığı ərazilərdir. Arxipelaqın sahəsi 20 ha (0,2 km²) təşkil edir. Adaların ən hündür nöqtəsi 75 m təşkil etdədə suyun dibindən hündürlük 320 metrdir.
Təbiət İqlimi subantarktikdir. İyul-avqust ayları −1,3°S, fevralda isə +5,3 °S təşkil edir. Maksimal temperatur +15°S, illik yağıntının miqdarı 1400–1500 mm təşkil edir. İl boyu küləklər əsir. Yağıntı hər zaman qar halında düşür. İqlimi rütubətlidir.
Bitki örtüyü yoxdur. Heyvanlar aləmi Antarktika mavigöz qarabatdağı, Fırtınaquşular (Pachyptila, Halobaena) Diomedea exulans ibarətdir. Sahil sularında Kril yayılmışdır.
Tarixi Arxipelaqı 1762 ildə ispaniyalı Lima de la Llana (Limadan Kadisə üzərkən) aşkarlayır. O, adaları öz gəmisinin şərəfinə Avrora adaları adlandırır. Koordinatlar hazırkı Şaq qayalıqlarıilə eyni olsa da adaların sayının üç olduğunu bildirmişdir. Avror adaları bölgədə dənizçilərə 1856-cı ilə qədər görünmüşdür. Dəqiqliklə bu adaların olub-olmaması bilinmir.
Dəqiq olaraq adaları Ceyms Şeffild aşkarlamış və onların bugünkü adını vermişdir. Adalar ilk dəfə 1927-ci ildə ətraflı məlumat verilmiş və araşdırılmışdır.
İlk dəfə olaraq qayalıqların üzərinə 1956 ildə argentinalı qlyasioloq Mario Giovinetto helikopterlə eniş etmişdir. O, qayalıqların dağ suxurlarından ibarət olmasını aşkarlayır.
Mənbə Cənubi Georgiya və Cənubi Sandviç adaları Shag Rocks Avror adaları Şaq qayalıqlarının foto şəkilləri
Kateqoriya:Subantarktik adalar Kateqoriya:Amerikada mübahisəli ərazilər Kateqoriya:Birləşmiş Krallıq adaları Kateqoriya:Argentina adaları Kateqoriya:Cənubi Georgiya Kateqoriya:Yaşayış olmayan arxipelaq