Patimat Abakarova () — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu.
Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı.
2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Həyatı Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi İsmayıl İsmayılovdur.
Karyerası 2013-cü il: Dünya Çempionatında debüt Patimat Abakarova 2013-cü ilin 4–11 aprelində Azərbaycan yığmasının heyətində İstanbul şəhərində baş tutan təlim-məşq toplanışlarında oldu.
Daha sonra isə Patimat Abakarova 18–22 apreldə Moldovanın Kişinyov şəhərində baş tutan U-21 Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində o, Belarus nümayəndəsini İrina Vetoxinaya 15:4 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə təmsilçisi Fatma Sarıdoğana 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
2013-cü ilin əsas turniri 15–22 iyulda Puebla şəhərində baş tutan Dünya Çempionatı oldu. İyunun 18-də turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyəti məlum oldu. Heyətə 18 yaşlı Patimat Abakarova da cəlb olundu. Dünya Çempionatından əvvəl Azərbaycan yığması Gürcüstanda baş tutan təlim-məşq toplanışlarında oldu. Patimat Abakarova Dünya Çempionatında iyulun 17-də çıxış etdi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Konqo DR nümayəndəsi Rosa Keleju Lujusa oldu. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Filippin təmsilçisi Nicole Abigail Cham ilə üz-üzə gəldi. Həmin görüşdə 8:0 hesabı ilə qalib gələn Patimat Abakarova, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Nur Abdelsalam oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.
Daha sonra Patimat Abakarova 22–30 sentyabrda İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.
Patimat Abakarova 2013-cü ilin sonlarında Azərbaycan Çempionatında çıxış etdi və bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2014-cü il: Avropa Çempionatında debüt Patimat Abakarova 2014-cü ilin 26–28 fevralında Bəhreynin Manama şəhərində baş tutan "Bahrain Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Misir nümayəndəsi Hussine Nur Əhmədə məğlub oldu və "Bahrain Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2014-cü ilin əsas turniri 1–4 mayda Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. 2013-cü ildə Azərbaycan Çempionatının qalibi olan Patimat Abakarova, Azərbaycan yığmasının Avropa Çempionatında mübarizə aparacaq heyətinə cəlb olundu. Patimat Abakarova Avropa Çempionatında mayın 2-də çıxış etdi. Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Georgia Barnes oldu. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 12:6 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Rusiya Federasiyası təmsilçisi Svetlana İqumenova ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 1:8 hesabı ilə məğlub olan Patimat Abakarova, Avropa Çempionatında mübarizəsini dayandırdı.
Daha sonra Patimat Abakarova Ukraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Ukrayna nümayəndəsi Yana Bohovaya 6:0 hesabı ilə qalib gəlsə də, final görüşündə Fransa təmsilçisi Floriane Liborioya 1:4 hesabı ilə məğlub oldu və "Ukraine Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.
Patimat Abakarova 25–28 noyabrda Antalya şəhərində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. Gilan İdman Klubunun üzvü olan Patimat Abakarova, turnirin bürünc medalına sahib oldu.
2015-ci il: Avropa Oyunlarında bürünc thumb|350x350px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının üzvləri ilə görüşən zaman. (08.08.2015) Patimat Abakarova 2015-ci ilin 12–15 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Türkiyə nümayəndəsi Ruqiyyə İldırıma qalib gəlsə də, final görüşündə Serbiya təmsilçisi Tiyana Boqdanoviça 2:8 hesabı ilə məğlub oldu və "Dutch Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.
Daha sonra o, 11–12 apreldə Ukraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində çıxış etdi. Turnirin yarım-final mərhələsində o, Ukrayna nümayəndəsi Anna Sorohaya 1:5 hesabı ilə məğlub oldu və "Ukraine Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Patimat Abakarova növbəti uğuruna bir həftə sonra — 18–20 martda Moldovanın Kişinyov şəhərində baş tutan "Moldova Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində o, Rusiya Federasiyası təmsilçisi Alexandra Lıçaqinaya 1:2 hesabı ilə məğlub oldu və "Moldova Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2015-ci ilin əsas turniri 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Patimat Abakarova Dünya Çempionatında mayın 12-də çıxış etdi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anargül Sabir oldu. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Mərakeş təmsilçisi Suhaina Sahib ilə üz-üzə gəldi. Həmin görüşdə 8:2 hesabı ilə qalib gələn Patimat Abakarova, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Svetlana İqumenova oldu. Ötən il Patimat Abakarova Svetlana İqumenovaya Avropa Çempionatında məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova bu səfər də rəqibinə məğlub oldu (2:4 hesabı ilə) və Dünya Çempionatında mübarizəsini dayandırdı.
Patimat Abakarova iyunda daha bir nüfuzlu turnirdə — 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Patimat Abakarova Avropa Oyunlarında iyunun 16-da mübarizə apardı. 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə o, Rusiya Federasiyası nümayəndəsi Alexandra Lıçaqina ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi Yoanna Kutsu oldu. Bu görüşdə Patimat Abakarova rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Serbiya nümayəndəsi Tiyana Boqdanoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 6:8 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Bu mərhələdə onun rəqibi İtaliya təmsilçisi Erica Nicoli oldu. Həmin görüşdə Patimat Abakarova 14:0 hesabı ilə inamlı qələbə qazandı və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Patimat Serajutdinova Abakarova "Tərəqqi" medalı ilə təltif edildi.
Avropa Oyunlarında sonra Patimat Abakarova Cənubi Koreyada baş tutan "Korea Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Tailand nümayəndəsi Çanatip Sonxama 5:6 hesabı ilə məğlub oldu və "Korea Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Patimat Abakarova, 14–16 avqustda Rusiyada baş tutan Dünya Qran-Prisinin I mərhələsində mübarizə apardı. Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, Çin Taybeyi nümayəndəsi Van-Tinq Lini 8:2 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Braziliya təmsilçisi Talisca Jeziersi dos Reisa 5:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Daha sonra o, 18–20 sentyabrda Samsun şəhərində baş tutan Dünya Qran-Prisinin II mərhələsində çıxış etdi. Turnirin 1/8 final mərhələsində çərçivəsində baş tutan birinci görüşündə o, İspaniya təmsilçisi Brigitte Yague Enriqeyə 4:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Avropa Oyunlarından sonra Patimat Abakarova birinci uğuruna Cənubi Koreyanın Mungyeong şəhərində baş tutan Hərbçilərin Dünya Oyunlarında imza atdı. Turnirin 1/4 final mərhələsində o, Cənubi Koreya nümayəndəsi Go-Eun Parı 6:5, 1/2 final mərhələsində isə Misir təmsilçisi Nur Abdelsalamı 3:3 hesabları ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Çin nümayəndəsi Jaoyi Liya 1:0 hesabı ilə qalib gələn Patimat Abakarova, Hərbçilərin Dünya Oyunlarının qızıl medalına sahib oldu.
Daha sonra Patimat Abakarova 14–16 avqustda İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisinin III mərhələsində mübarizə apardı. Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə o, Kipr nümayəndəsi Kiriaxi Kuttuxi ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Braziliya təmsilçisi İris Silva Tanq Sinq oldu. Həmin görüşdə də üstün tərəf Patimat Abakarova oldu — 8:1. Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Patimat Abakarova Rusiya nümayəndəsi Svetlana İqumenova ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Dünya Qran-Prisinin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Tailand təmsilçisi Çanatip Sonxam oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Dünya Qran-Prisinin bürünc medalına sahib oldu.
2016-cı il: Rio-de-Janeyro Olimpiadasında bürünc Patimat Abakarovanın 2016-cı ildə birinci turniri 16–18 yanvarda İstanbul şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turniri oldu. Tunirin 1/8 final mərhələsində Patimat Abakarova Olimpiya Komandanın nümayəndəsi Dina Puryunus ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yunanıstan nümayəndəsi Yoanna Kutsu oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 5:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Ukrayna nümayəndəsi İrina Romoldanova oldu. Bu görüşdə də Patimat Abakarova rəqibi üzərində qələbə qazandı (4:1) və turnirin final görüşünə vəsiqə qazandı. Bununla da Patimat Abakarova olimpiya lisenziyasına sahib oldu. Formal əhəmiyyətə sahib olan final görüşündə isə Patimat Abakarova Serbiya nümayəndəsi Tiyana Boqdanoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 6:5 hesabı ilə qalib gəldi və Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu.