Fukan meteoriti () — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir.

Tarixi 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir.

Təsnifatı və tərkibi Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir. Meteoritin əsas kütləsində diamteri 11 santimetrə çatan və incə metal damarlara malik olan olivin salxımlarına rast gəlmək olar. Meteoritin tərkibi belədir: Fe/Mg = 0.1367, Fe/Mn = 40.37 və Ni = 0.03 wt%. Metal matrisi kamasitdir. Bəzi olivinlərin tərkibində troilit vardır.

Oksigen izatopları: δ18O 2.569 ‰, δ17O 1.179 ‰, ∆1 7O = −0.157 ‰.Meteoritical Bulletin, no. 90, MAPS 41, 1383-1418 (2006)

Nümunələr Meteoritin 31 kiloqramlıq bir nümunəsi Arizona Universitetində saxlanılır. Marvin Killqor eyni kütləli bir başqa nümunəni saxlayır. Həmçinin bir anonim kolleksiyaçı da meteoritin bir nümunəsinə sahibdir.

2008-ci ilin aprelində Bonhams meteoritin əsas kütləsini Manhetten hərracına çıxarmışdır. Bonhams 2.000.000 ABŞ dolları təklif etmişdir, amma meteorit satılmamışdır.Farlang Team (2008-12-07). Fukang Meteorite, Gemstone Meteorites: a Peridot from Outer Space. Farlang, 7 December 2008. Retrieved from http://www.farlang.com/art/gemstone-meteorites .

İstinadlar

Xarici keçidlər

Cənub-Qərbi Meteorit Mərkəzi

Kateqoriya:Çində tapılmış meteoritlər Kateqoriya:Daş-dəmir meteoritləri Kateqoriya:2000-ci ildə elm Kateqoriya:2000-ci ildə Çin