Sinqapurun dövlət quruluşu - 1959-cu ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. Dövlət quruluşu Sinqapur parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 9 avqustda qeyd olunur. Ölkə Konstitusiyası 3 iyun 1959-cu ildən (1965, 1970, 1974, 1988 və 1996-cı illərdə edilən düzəlişlər əlavə olunmaqla) qüvvədədir .

İnzibati bölgüsü Sinqapur 5 dairəyə (Mərkəzi, Cənub-Şərqi, Cənub-Qərbi, Şimal-Qərbi, Şimal-Şərqi) bölünür. Dövlət başçısı Bir sıra təmsilçilik, icraedici və kadr məsələləri üzrə səlahiyyətlərə malik Prezident http://statutes.agc.gov.sg/aol/search/display/view.w3p;ident=7ddfe0c6-bad6-44ba-bf87-c403723f07eb;page=0;query=CompId%3Afadfb638-9566-417c-ae6b-b68384ce5834;rec=0;resUrl=http%3A%2F%2Fstatutes.agc.gov.sg%2Faol%2Fsearch%2Fsummary%2Fresults.w3p%3Bpage%3D0%3Bquery%3DCompId%253Afadfb638-9566-417c-ae6b-b68384ce5834#pr17-he-.|title=Конституция Республики Сингапур, статья 17|lang=en|accessdate=24-05-2013|archiveurl=http://www.webcitation.org/6GryPCI5e|archivedate=2013-05-25 ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə http://statutes.agc.gov.sg/aol/search/display/view.w3p;ident=7ddfe0c6-bad6-44ba-bf87-c403723f07eb;page=0;query=CompId%3Afadfb638-9566-417c-ae6b-b68384ce5834;rec=0;resUrl=http%3A%2F%2Fstatutes.agc.gov.sg%2Faol%2Fsearch%2Fsummary%2Fresults.w3p%3Bpage%3D0%3Bquery%3DCompId%253Afadfb638-9566-417c-ae6b-b68384ce5834#pr20-he-.|title=Конституция Республики Сингапур, статья 20|lang=en|accessdate=24-05-2013|archiveurl=http://www.webcitation.org/6GryPCI5e|archivedate=2013-05-25. dövlət başçısı seçilir. Dövlət qulluqçularını vəzifəyə təyin etmək, dövlət büdcəsinin icrasına və səlahiyyətləri daxilində Hökumətin fəaliyyətinə nəzarət etmək və digər mühüm məsələlər dövlət başçısının başlıca funksiyalarından sayılır. Bu fəaliyyəti dövlət başçısı üzvlərini təyin etdiyi Məsləhət Şurası ilə birlikdə həyata keçirir (2 üzv Baş nazirin, 1 üzv Ali Məhkəmə sədrinin və 1 üzv Dövlət Qulluğu üzrə Komissiyanın sədrinin təqdimatına əsasən təyin edilir).

Mövcud konstitusiyaya görə, Ali qanunverici orqan tərəfindən Baş nazirə etimadsızlıq göstərildiyi təqdirdə, Prezident onu istefaya göndərə və ya əksinə Hökumət başçısının xahişi ilə Parlamenti buraxa və erkən seçkilər təyin edə bilər.

Qanunvericilik hakimiyyəti 99 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri 5 il müddətinə ümumxalq səsverməsi yolu ilə seçilirlər.

İl ərzində Parlamentin bir qayda olaraq, iki sessiyanın daha uzun müddətlisi ikinci sessiya sayılır və illik dövlət büdcəsi də məhz həmin sessiyada müzakirə və təsdiq edilir. Qanun layihələri 3 oxunuşda müzakirə olunur və sadə səs çoxluğu ilə qəbul edilir. Maliyyə ilə bağlı qanun layihələrini Parlamentə yalnız Hökumət təqdim edə bilər. Mövcud Konstitusiyaya görə, qəbul edilən layihə Prezident tərəfindən təqdir edildikdən sonra hüquqi baxımdan qanun statusu əldə edir.

İcraedici hakimiyyət Prezidentin təyin etdiyi Baş nazir və Parlamentdə mandatların əksəriyyətinə sahib olan siyasi partiyanın nümayəndələrindən formalaşmış 15 üzvdən ibarət Nazirlər Kabineti ölkədə icra hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidir. Hökumət üzvləri Parlament qarşısında fəaliyyətlərinə görə cavabdehlik və kollektiv məsuliyyət daşıyır. Bu baxımdan Nazirlər Kabineti öz siyasətini kollektiv surətdə həyata keçirir və Parlamentin etimadsızlıq göstərdiyi təqdirdə tam heyətdə istefaya gedir. Məhkəmə hakimiyyəti Sinqapurun hüquq sistemi ingilis ümumi hüquq sistemi əsasında fəaliyyət göstərsə də, şəxsi statuslu məsələlərdə Çin, müsəlman və indus hüquq məktəbindən də istifadə edilir.

Ölkədə məhkəmə hakimiyyəti Ali Məhkəmə (Məhkəmənin sədri və digər altı hakim Prezident tərəfindən təyin olunurlar) və Apelyasiya Məhkəməsi, habelə magistrat, dairə və müsəlman icmasının ailə-nikah məsələlərini tənzimləyən şəriət məhkəmələri tərəfindən həyata keçirilir. Xarici keçid Singapore Department of Statistics:Census of Population 2000 Statistical Release 2: Education, Language and Religion Конституция Сингапура

Mənbə Əminə Yusifqızı. Dünya ölkələri, 2008-ci il. Сингапур — перекресток малайского мира. МИИ, вып. VII. М., 1996. 92 с. Погадаев, В. А. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. Свыше 9000 словарных статей / Pogadaev, V.A. Dunia Melayu (Brunei, Indonesia, Malaysia, Singapura). Kamus Lingua-Budaya / Pogadaev, V.A. Malay World (Brunei, Indonesia, Malaysia, Singapore). Lingua-Cultural Dictionary). М.: Восточная книга, 2012 ISBN 978-5-7873-0658-3

İstinadlar