Özkənd(, ) — Qaraxanlı dövlətinin paytaxtı olmuş, günümüzdə Qırğızistan sərhəd-sınırları içində olan tarixi şəhər.
Coğrafiyası Qırğızistanın cənub-qərbində Özbəkistan sərhəd-sınırına çox yaxın bir kəsimdə Qaradəryanın sağ tərəfində dəniz səviyəsindən 1012 m. yüksəklikdədir.
Tarixi Müasir Qırğız dilində Özgön, Uzqen olaraq yazılan şəhərin adı İslam tarixi qaynaqlarında Yüzkənd, bəzən də Özcənt şəklində qeyd olunur. "Divanü lüğətit-Türk"ə görə Özkənd, Fərqanə qəsəbəsinin bir adıdır və "özümüzün şəhəri" anlamına gəlirDivanü lüğətit-Türk, I, 344.
Özkəndin içində olduğu Fərqanə hövzəsi tarixin ilk dövrlərindən etibarən Türkistan coğrafiyasının ən önəmli bölgələrindən biri olmuşdur. Qədim Çin qeydlərində Dayüan (böyük bağça) adıyla qeyd edilən Fərqanə vadisi Böyük Hun imperiyası zamanında Wusunlara yurd olmuşdu. Zamanla hunlara bağlandı. Ardından Ağhun dövlətinin sərhəd-sınırlarına daxil oldu. Daha sonra göytürklər və özəlliklə Qərbi Göytürk dövlətinin hakimiyyət i altına girdi. Qarluqlar başda olmaq üzrə bir çox Türk boyunun köçlərinə səhnə oldu və əsas önəmini qaraxanlılar dönəmində qazandı. Bu arada Fərqanə ilə Özkənddə yerləşmiş olan Əzgişlərin onoxlardan olduğu, yəni Türgiş boylarından gəldiyi bilinir.
Bölgəyə İslam dininin ilk dəfə çatdığı dövrlərdə Fərqanə vadisinin şərqində İslamiyəti qəbul etməmiş türklərlə sərhəd-sınır durumundaydı. IX əsrin ortalarında Özkənddə Gür (Kür) Təgin adlı bir Türk bəyi hakim olaraq görünür. Özkənd, qədim türk şəhərlərinin ordu qalası ətrafında qədəməli şəkildə inkişaf etmiş durumunu əks etdirirdi. Ortaçağ İslam coğrafiyaçıları da Özkəndin digər müsəlman şəhərləri kimi qala, iç şəhər və xarici məhəllələr şəklində üç hissədən ibarət olduğunu qeyd edir.İbn Hövkəl, Śurətül-ərż, Beyrut, ts., s. 207, 419, 421Hüdudül-aləm (Minorsky), s. 58, 59, 72, 116, 211, 280, 288, 355
Ortaçağda önəmli coğrafi əsərlərdən "Hüdudül-aləm"də bildirildiyinə görə Qarluq (Xallux) dağının arxasından çıxan Uzgənd ilə Kuba çayları şəhərin yaxınından keçirdi. "Zeynül-əxbar"daGərdizi, Zeynül-əxbar (nşr. Əbdülhay Həbibi), Tehran, 1347 hş., s. 264, 279 isə Qaşqardan Özkəndə iki dağ arasından keçilərək gəlindiyi qeydlidir.
thumb|left|150px|Qaraxanilər sülaləsi türbəsi
Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövlə ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi Balasagun və Qaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Özkənd idi. İlk dövrlərdə şərqdən gələn köçəri türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı.; E. A. Davidovich, The Karakhanids, History of Civilisations of Central Asia, Paris, 1998, IV, 123, 126–128, 133, 135, 136, 140
Əhalisi thumb|250px|Özkənd memarlıq kompleksi Qırğızıstanın milli valyutasında Əhalinin sayı — 50,3 min nəfər (2011) +1 yanvar 2011-ci ilə görə Özkəndin milli tərkibiЧисленность постоянного населения по отдельным национальностям (на начало года, человек) по национальности (База данных Национального Статистического Комитета Кыргызской Республики) Millət Sayı Faiz Özbəklər 45 564 90,67% Qırğızlar 3 798 7,56% Uyğurlar 357 0,71% Ruslar 199 0,40% Türklər 129 0,26% Tatarlar 108 0,21% Taciklər 46 0,09% Qazaxlar 8 0,02% Ukraynalılar 7 0,01% Ermənilər 3 0,01% Çeçenlər 1 0,00% Litvalılar 1 0,00% Türkmənlər 1 0,00% başqa xalqlar 31 0,06% CƏMİ: 50 253 100,00%
Həmçinin bax Qaraxanilər dövləti Şərqi Qaraxanlılar dövləti
İstinadlar
Xarici keçidlər
Özkənd
Kateqoriya:Qırğızıstan şəhərləri Kateqoriya:Özkənd