Ali Texnologiya Kollecləri () — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi.Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.
Tarixi Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur.1988 Federal Law No 2 . hct.ac.ae
Fəaliyyəti Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. thumbnail|Kitabxanalarından biri Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir.
Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.
Kampusları Ali Texnologiya Kolleclərinin kampusları da kollec adı ilə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır: Əbu-Dabi Kişi Kolleci; Əbu-Dabi Qadın Kolleci; Əl-Ayn Kişi Kolleci; Əl-Ayn Qadın Kolleci; Dubay Kişi Kolleci; Dubay Qadın Kolleci; Fuceyrah Kişi Kolleci; Fuceyrah Qadın Kolleci; Ras əl-Xayma Kişi Kolleci; Ras əl-Xayma Qadın Kolleci; Şarcah Ali Texnologiya Kolleci; Mədinət Zayed və Ruveys Kolleci.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:BƏƏ universitetləri Kateqoriya:1988-ci ildə yarananlar