Marş gölü () — Kanadanın Yukon ərazisində yerləşən göl. Göl Yukon çayının mənbəsi sayılır.. Marş gölü Alyaska şossesi üzərində yerləşən Vaythorsdan (Whitehorse) cənubda yerləşirMarsh Lake. İstifadə tarixi: 2 mart 2026..

Marş gölü Yukon çayının yuxarı axarında yerləşir, bu region "Cənubi Göllər" adını daşıyır və Yukon çayının başlanğıcı məhz buradadı. Həmçinin göl 1898-ci ildə Klondayk qızıl hərisliyi zamanı qızılaxtaranlar üçün tarixi yolun bir hissəsidir.

1883-cü ildə Yukon çayının tədqiqatçısı Frederik Svatka gölü Yel universitetinin paleontologiya professoru Çarlz Marşın şərəfinə adlandırıb.Marcus Baker//Geographic Dictionary of Alaska U. S. Government Printing Office, 1902, p.279Marsh Lake Hougen Group of Companies Əvvəl gölün Mad () adını daşıyırdı.

Turizm potensialı Hər bahar fəslində aprelin sonunda və mayda göldə qu quşu bayramı keçirilir. Miqrasiya zamanı Cygnus buccinator və Amerika qu quşu növləri burada dayanırlar.

Göldə balıqçılıq, qayıq və xizəksürmə fəaliyyətləri ilə məşğul olmaq mümkündür və bu fəaliyyət növləri gözəl mənzərə ilə birlikdə gölün turizm imkanlarını genişləndirirMarsh Lake, Yukon. İstifadə tarixi: 2 mart 2026.. Marş gölü yay turizm məkanı kimi də geniş imkanlara sahibdir. Burada poplyar çimərlik yerləşir və düşərgə üçün əlverişli şərait mövcuddurMarsh Lake Recreation Site. İstifadə tarixi: 2 mart 2026..

İstindalar

Kateqoriya:Yukon gölləri Kateqoriya:Yukon çayı