Çində təhsil — Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.

Tarixi Çin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.

İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulmuşdu. Belə ki, həmin vaxt imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi.Еlcan Həbibzadə, Salam, Çin. Bakı: "Azərnəşr", 2007 O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Bizim eranın 200-cü ilində isə Çin universitetində 3 min tələbə 7 il ərzində ali təhsil alırdı.

Tay Tsunun hökmranlığı dövründə – 627–649-cu illərdə həyata keçirilən əsas dəyişikliklərdən biri imtahan sisteminin geniş miqyasda tətbiq edilməsi idi. Suy imtahanları artıq Kao Tsunun başçılığı altında yenidən qurulmuşdu. O, paytaxtdakı yüksək səviyyəli Suy sistemini canlandırmışdı. Tay Tsunun başçılığı altında məktəblər daha da genişləndirilmiş, yeniləri yaradılmışdır. Tədbirlər öz təhsil kursunda standartlaşdırıldı. Paytaxtda məktəblər yalnız böyük ailələrin və yüksək rütbəli məmurların oğlanları üçün idi. Digər imtahan namizədləri yerli məktəblərdən gəlirdi. İmtahanlar prinsip etibarilə hamı üçün açıq idi, lakin onlar bürokratiyaya daxil olmağa nisbətən az sayda yeni giriş imtahanlarına malik idi. İmtahanlar ənənəvi dərs planında yüksək təhsil səviyyəsi tələb edirdi və geniş qaydada gənc oğlanların və aşağı ailələrin üzvlərinin kübarlığa daxil olmasının alternativ metodu kimi qəbul edilirdi. Bununla yanaşı, fərqli zəmanətlər, imtahan götürənlərin lobbiçiliyi və bəzən imperatorun özünün apardığı söhbət mühüm rol oynayırdı və bunlar geniş yayılmışdı.Telman Orucov. Çin — möcüzələr ölkəsi (kitab)

Tan dövrlərində imtahan sisteminin başlıca səmərəsi bürokratiyanın yuxarı səviyyələrinə yerli mötəbər nəsillərin üzvlərinin qalxmasına həvəs yaratması idi. Bu, uzun müddət ərzində yuxarı kübarlığın əlində saxladığı siyasi hakimiyyət inhisarının dağılmasına səbəb oldu. Adamların işə götürülməsi imperator və sülalə yanında onların mövqeyindən asılı idi, bu hətta doğumdan irəli gələndən və sosial vəziyyətdən də üstün əhəmiyyətə malik olurdu.

Orta əsrlərdə bu ölkədə təhsil, ibtidai tədris kitabı olan "Üç söz" üzrə heroqlif yazısını öyrənməkdən başlayırdı. İkinci tədris kitabı "Min söz" idi. Hər iki kitab əzbər öyrənilirdi və onların dəfələrlə yenidən üzü köçürülürdü. Onların məzmunu tam mənimsənildikdən sonra, şagird 4 min işarədən ibarət olan çin heroqlif yazısına yiyələnirdi və ənənəvi təhsilinin əsas hissəsinə – Konfutsi kanonunu öyrənməyə başlamalı idi. Lakin obyektiv çətinliklərlə əlaqədar olaraq orta əsrlər dövrünün Çinində təhsil cəmiyyətin yalnız daha imkanlı təbəqələrinin imtiyazı idi. Belə ki, şagirdlərin dövlət imtahanlarına bilavasitə hazırlaşdırılması üçün xüsusi müəllimlər və ali məktəblər mövcud idi. Təhsilin bu mərhələsində dərslərin başlıca məzmunu klassik kitabların öyrənilməsi idi. Yalnız möhkəm biliklərə yiyələndikdən sonra şagirdlər dövlət imtahanlarını verə bilərdilər.

Qəza şəhərində uğurlu imtahandan sonra şagird "syutsay" dərəcəsini alırdı ki, bu ona bəzi ictimai imtiyazlar verirdi. Sonraki dərəcəni – "tczyuyjen"i almaq üçün əyalətin baş şəhərində imtahanı yaxşı vermək lazım idi, bu imtahan isə 2–3 ildən bir təşkil edilirdi. Kim bu dərəcəni alırdısa, o, dövlət idarəçiliyinin yerli aparatında xidmətə girə bilərdi. Yüksək alim dərəcəsi olan "tszinşi"ni almaq üçün imtahanlar paytaxtda keçirilirdi. Burada uğurlu imtahan verənə dövlət idarəçiliyinin mərkəzi aparatına daxil olmaq yolu açılırdı. Təhsilin belə sistemi təbiət elmləri və riyaziyyat sahəsinə aid elmlər üçün heç bir hazırlıq vermirdi. Bu isə elmin vəziyyətinə məhvedici təsir göstərirdi. thumbnail|Məktəbli oğlan, 1870-ci il thumbnail|Bir qız məktəbi, təxminən 1902-ci il Yalnız 1905-ci ildə dövlət imtahanları ləğv edildikdən sonra ölkədə Avropa tipli yeni təhsil sisteminin yaradılmasına başlanıldı. Ölkədə yeni ziyalılar ordusu meydana gəldi. Tsinin son illərində təhsil islahatları və sona çatan hökumət imtahanları ərzində minlərlə gənc adama elmləri – mühəndisliyi, tibbi, qanunu, iqtisadiyyyat elmini, müəllimliyi öyrənməyə imkan vermişdi. Digərləri Avropaya və Birləşmiş Ştatlara yollanırdılar. Onlar vətənə qayıtdıqda mühüm vəzifələr tutur və cəmiyyətdə modernizasiya qüvvələrinə çevrilirdilər. Onların yazıları və öyrəndikləri tələbələrin gəlməkdə olan nəsli üçün güclü təsir rolunu oynadı.

1915–1916-cı illərdə Çində 130 minə yaxın yeni üslublu məktəblərdə 4 milyona yaxın şagird və 200 minə yaxın müəllim var idi. Bu, əsasən şəhər fenomeni idi, kənd həyatı isə buna çətinliklə nail ola bilərdi. Respublikanın birinci onilliyində intellektual inqilab baş verdi. Yeni ziyalıların çoxu Çin mədəniyyətinin və milli etikanın bütün cəhətlərinə tənqidi qaydada yanaşmaqla, onları dəstəkləyirdilər. Onlar Çin institutlarında daha dərin islahatlar aparılmasına can atırdılar.

1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə olunmasında mühüm rol oynayır. Çin Kommunist Partiyasının müəyyən etdiyi geniş təhsil strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi müasirləşdirmə ilə əlaqələndirilib. Partiya təhsil strategiyasının icrasına nəzarət edir, təhsil müəssisələrində işin təşkilini istiqamətləndirir. Bu dövrdə ölkədə ziyalılığa qarşı siyasət də birinci növbədə dəyişildi. 1949-cu ildən sonra, xüsusən Koreya müharibəsinin ilk illəri ərzində Mərkəzi Komitə müəllimlərə və alimlərə yenidən təhsil vermək kimi böyük kampaniyaya başladı. Partiya liderləri intellektualların yolunu açıq şəkildə müzakirə edirdi və bu xətti qəbul etdi ki,

Nəticədə xalq hakimiyyətinin ilk illərindən təhsil sistemində böyük uğurlar əldə olundu. Ümumtəhsil və ali məktəblər geniş vüsət aldı. XX əsrin 60-cı illərində artıq 40 milyon insanın, əsasən fəhlə və qulluqçuların savadsızlığı aradan qaldırılmışdır. 1964-cü ildə keçirilən ilk siyahıyaalmanın nəticələrinə görə müəyyən edilmişdir ki, ölkədə əhalinin savadsızlıq səviyyəsi 38%-dək azalmışdır. Bu dövr ərzində ölkədə təhsil və maarif sisteminin sürətlə yaxşılaşdırılmasına xidmət edən mühüm qanunlar qəbul edilmişdir.

1966–1969-cü illərdəki "mədəni inqilab" dövründə isə Çində təhsil sistemi faktiki olaraq işləmirdi.

Müasir təhsil sistemi Çində müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. thumbnail|Çuntsindəki bir məktəbin girişi Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir.

Ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.

2006-cı ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul edib. İcbari təhsil 2 pillədən ibarətdir: ibtidai təhsil; əsas təhsil.

Bu ölkədə uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.

İcbari təhsil haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür: şəhərlər və iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər; rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər; iqtisadi cəhətdən kasıb ərazilər.

Statistik göstəricilərə görə, 2007-ci ildə Çin Xalq Respublikasında 396.567 ibtidai məktəb, 94.116 orta məktəb və 2.236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır.

2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.

Ölkə üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.

İstedadlı və təlim çətinlikləri olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı. Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır.

Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.

Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.

Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar. Müəllimlərin təhsili iki istiqamətdə aparılır: ilkin müəllim hazırlığı – 4 illik müəllim hazırlığı institutları, o cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur; ixtisasartırma təhsili – müvafiq institutlar və müəllimlərin ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.

1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 1980-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib. thumbnail|Tsinxua Universitetinin rəsədxanası Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Tsinxua universitetləridir.

Çində təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard ABŞ dollarını ötüb. 1980-ci illərin əvvəllərindən başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.