() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Qanadları açılmış halda 30–32 mm-dir. Ön qanadları açıq-sarı rəngdədir. Yumuru naxışı ağdır, ortası açıq-boz rənglidir, böyrəkşəkilli naxışın əsası tutqundur. Pazşəkilli naxış aydın görünmür. Arxa qanadları qonuru-bozdur, alt tərəfi açıq rəngdə olub, üzərində iki eninə zolaq və aypara şəklində naxış var.

Yayılması Avropa, Rusiyanın cənubu və cənub-şərqi, Qazaxıstanın şimalı, Kiçik Asiya və Qafqazda yayılməşdır. Azərbaycanda isə Böyük (Zaqatala) və Kiçik Qafqazda (Hacıkənd) rast gəlinir.

Həyat tərzi Dağətəyi və dağ meşələrinin açıqlığı. Həyat tərzi öyrənilməmişdir. Kəpənək iyun və iyul aylarında uçur. İyulun əvvəllərində tırtılı soğan və qoyunqulağı üzərində yaşayır

Sayı Azsaylıdır. 5 kəpənəyi işıqdan tutulmuşdur.

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək.

İstinadlar

Həmçinin bax