Cordulegaster vanbrinkae () – İynəcələr dəstəsinə, Korduleqastralar fəsiləsinə aid növ.
Təsviri İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 76 – 83 mm təşkil edir. Erkək fədlər qara rəngdə olub eninə nazik sarı zolaqlardan ibarətdir. Gözləri parlaq yaşıl rəngdə olur. Dişi fərdlər təsvir edilməmişdir.
Yayılması İran, Ermənistan, Azərbaycanın Lerik, Lənkəran, Astara rayonlarında yayılmışdır.
Həyat tərzi Meşə sonasından sakit axan su hövzələrinin sahil hissələrində, kiçik çayların üzərində və meşə — çəmən sərhədlərində rast gəlinir. Azsaylı olması ilə səciyəvidir.
Həmçinin bax Korduleqastralar (cins)
Mənbə Azərbaycan Qırmızı Kitabı. 1989.
İstinadlar
Kateqoriya:İynəcələr Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Asiya həşəratları