Ağnöqtəli andrena () — Zərqanadlılar dəstəsinə, Andrenidlər fəsiləsinə aid növ. Andrena cinsinə 2000-dən çox növ daxildir. Azərbaycanda 113 növü yaşayır.
Təsviri Uzunluğu 15 –16 mm-dir. Bədəni qara, qanadları qara – bənövşəyidir. Başı, belin ön və arxa hissələri, ön və arxa ətrafların baldırları sıx, ağ tüklərlə örtülüdür. Qarıncığın üst tərəfinin yanları sıx ağ tüklü, üstü isə qara tüklüdür.Əliyev X.Ə., Yunusov T.M. Azərbaycanın Böyük Qafqaz ərazisində yayılan Andrena cinsinə (Hymenoptera, Apoidae, Andrenidae) mənsub arıkimilər. III hissə, Holandrena, Opandrena, Zonandrena, Taeniandrena, melandrena yarımcinsləri \\ Azərbaycan Zooloqlar cəmiyyətinin əsərlər, II cild, 2010, s. 429 - 430;
Yayılması Aralıq dənizi hövzəsi, Cənubi və Orta Avropa, Şimali Afrika, Kiçik və Ön Asiya, Əfqanıstan, Rusiyanın Avropa hissəsi, Qafqaz, Qərbi Qazaxıstan və Orta Asiya dövlətlərində qeyd olunub. Azərbaycanda Kür-Araz ovalığında, Talışda (Zuvand), Gəncənin ətraflarında və Abşeronda rast gəlinir.Алиев Х.А., Алиев А.В. К познанию фауны пчелиных семейства Andrenidae (İnsecta, Hymenoptera, Apoidae) Абшеронского полуострова \\ Bakı: Bilgi, kimya, biologiya, tibb, 2, 2004, s. 42;
Həyat tərzi Quru biotoplarda yaşayır. Politrof növüdür. 5 fəsiləyə daxil olan bitkiləri tozlayır. Dəniz səviyyəsindən 1900 m hündürlükdə yaşaya bilir. Çox nadir hallarda rast gəlinir.
Məhdudlaşdırıcı amillər Yaşayış yerlərinin insanlar tərəfindən istifadə edilməsi.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Bu növə mənsub olan yaşayış yerlərini qorumaq, yol kənarında bitən çiçəkli bitkiləri məhv etməmək.
İstinadlar
Ədəbiyyat Əliyev X.Ə., Yunusov T.M. Azərbaycanın Böyük Qafqaz ərazisində yayılan Andrena cinsinə (Hymenoptera, Apoidae, Andrenidae) mənsub arıkimilər. III hissə, Holandrena, Opandrena, Zonandrena, Taeniandrena, melandrena yarımcinsləri \\ Azərbaycan Zooloqlar cəmiyyətinin əsərlər, II cild, 2010, s. 429 - 430; Алиев Х.А., Алиев А.В. К познанию фауны пчелиных семейства Andrenidae (İnsecta, Hymenoptera, Apoidae) Абшеронского полуострова \\ Bakı: Bilgi, kimya, biologiya, tibb, 2, 2004, s. 42; Осычнюк А.З. Фауна Украины. т. 12, Пчелиные, вып. 5. Пчелы – андрениды, Киев: Наукова Думка, 1977, с. 203 - 205.
Kateqoriya:Əsl arılar